06 Iyun 2020 19:56
658
DÜNYA
A- A+

İran insan hüquqları məsələsində Avropanı kəskin tənqid edib


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa dövlətlərini ikili standartlar siyasətindən çıxış etmələrinə görə kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, M.C.Zərif ABŞ şəhərlərində baş verən etiraz aksiyalarında polisin insanlara qarşı qəddar davranmasına Avropa İttifaqının göz yumduğunu bildirib. Nazir qeyd edib ki, dünyanın üçüncü ölkələrində polisin kiçik bir yanlışlığı olarsa, Avropa dövlətləri bir-birinin ardınca bəyanatlar yağdırıb, həm dövləti insan hüquqlarını pozmaqda ittiham edəcək, onu sanksiyalarla hədələyəcəklər. Lakin ABŞ-da insanın polis tərəfindən öldürülməsi faktı aşkar şəkildə ortada olduğu halda heç bir Avropa dövləti nədənsə səsini çıxarmır.

M.Z.Zərif özünün "Twitter” hesabinda yazıb ki, əgər Avropa ABŞ-da baş verənlərə qarşı susursa, onda ağzını və gözünü həmişəlik bağlamalıdır. Gələcəkdə hər hansı bir ölkədə insan hüquqlarının pozulmasından söhbət gedərsə, Avropa dövlətlərinin buna münasibət bildirmək üçün haqları çatmayacaq.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən şübhəli bilinərək saxlanılması zamanı ölməsi kütləvi etiraz aksiyalarına səbəb olub. Polis bu aksiyalar zamanı da qəddar davranış nümayiş etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video