06 Iyun 2020 19:52
493
SİYASƏT
A- A+

“İzvestiya”: Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür


Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür.

AZƏRTAC xəbər verir ki, politoloq Artur Atayev bu fikri "İzvestiya” qəzetinə müsahibəsində Ermənistanda koronavirusun yayılması ilə bağlı faciəli vəziyyəti şərh edərkən söyləyib. "Xəstə mövzu: Ermənistan nə üçün koronavirus üzrə rekordçudur” sərlövhəli məqalədə qəzet Ermənistanın koronavirus üzrə "antirekordu” haqqında yazır.

Məqalədə deyilir: "Ermənistan koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı üzrə Zaqafqaziyada birinci yeri tutur. Respublikada 11.221 pasiyentdə infeksiya aşkar edilib, 176 nəfər ölüb. Əhalisinin sayı Ermənistandan üç dəfə çox olan Azərbaycanda 6260 insan yoluxub, 76 nəfər həlak olub. Gürcüstanda bütün pandemiya dövründə 800 yoluxma, 13 ölüm qeydə alınıb”.

Məqalənin müəllifi İqor Karmazinin fikrincə, ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə radikal tədbirlər görülməsinə baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət edirdi, nə də sakinlər. Məqalədə deyilir: "Məmurlar özləri səhlənkar münasibətə təhrik edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində keçirdiyi mətbuat konfransında bu tədbirə maska taxmış vəziyyətdə gəlmiş jurnalistləri lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli hesab etmir. O deyirdi: "Spesifik dərmanlar lazım deyil. Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”. Başqa siyasətçilər də məhdudlaşdırıcı tədbirlərə məhəl qoymurdular. Ermənistan parlamentinin deputatları arasında vuruşmanın videosu şəbəkədə geniş yayılmışdı. Mayın 8-də onlar kommunal ödənişlərlə bağlı fikir ayrılıqlarına görə əlbəyaxa oldular. Aydındır ki, dalaşqan deputatlar sosial məsafəyə riayət etmirdilər. Mayın 21-də qondarma "dağlıq qarabağ respublikası”nın ("dqr”) yeni "prezidenti”nin inaqurasiyasından sonra daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdə görünür ki, Ermənistan və "dqr” hökumətlərinin üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında da karantinə sərin münasibət yarandı”.

Politoloq Artur Atayev vəziyyəti şərh edərək bildirib ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri (təsirləri) etiraz əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Ekspert deyir: "Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür”. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video