Alternative content

15:17 06 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pandemiya dövründə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə beynəlxalq tədbirdə məlumat verilib
Pandemiya dövründə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə beynəlxalq tədbirdə məlumat verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:03 06.06.2020
UNICEF-in və Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin birgə təşkil etdiyi onlayn iclasda Ombudsman Aparatının şöbə müdirinin müavini, beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Fərqanə Məmmədxanova iştirak ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, bir sıra beynəlxalq qurumların nümayəndələri də daxil olmaqla ümumilikdə 58 iştirakçının qatıldığı iclasda Avropa ombudsmanları pandemiya dövründə uşaq hüquqlarının səmərəli şəkildə təmin edilməsi istiqamətində fəaliyyətləri barədə təcrübələrini bölüşüblər.

Aparatın nümayəndəsi Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın ölkəmizdə elan olunan xüsusi karantin rejimi dövründə əhalinin həssas qruplarının, o cümlədən uşaqların hüquqlarının səmərəli təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, karantin dövründə Ombudsman Aparatında vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, müraciətlərin onlayn qaydada 24 saat fəaliyyət göstərən "qaynar xətt” vasitəsilə, həmçinin təsisatın sosial media hesabları üzərindən qəbulu davam etdirilir. Uşaq hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan "qaynar xətt” vasitəsilə daxil olan müraciətlərə operativ şəkildə reaksiya verilir.

Diqqətə çatdırılıb ki, pandemiya dövründə Ombudsmanın regional mərkəzləri tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə uşaq evlərində monitorinqlər keçirilib. Monitorinqlər zamanı infeksiyanın yayılması ilə bağlı davam etdirilən qabaqlayıcı tədbirlərin, mövcud sanitariya vəziyyətinin, habelə bu ərəfədə müxtəlif yaş qruplarından olan uşaqların saxlanma şəraiti və xidmət əməkdaşlarının onlarla rəftarı məsələləri, eləcə də uşaqların hüquqlarının təmini vəziyyəti araşdırılıb. Həmçinin qeyd olunub ki, karantin rejimi dövründə uşaqların bir hissəsi valideynləri tərəfindən götürülüb, yoluxma hallarının qarşısını almaq üçün Uşaq Evində yaşayanların valideynlərlə və digər kənar şəxslərlə görüşləri müvəqqəti olaraq dayandırılıb.

Bununla yanaşı, müvəkkilin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yayımladığı bəyanat iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində cəmiyyətdə güclü həmrəylik yaratmaq məqsədilə irəli sürülən "Biz birlikdə güclüyük” devizi altında Ombudsman və Aparatın əməkdaşlarının insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti daha intensiv şəkildə davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM