Alternative content

16:43 06 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regional inkişafın yeni dalğası
Regional inkişafın yeni dalğası
ANA SƏHİFƏ / SİYASƏT
00:49 06.06.2020


İlham Əliyevin Qarabağ səfərində 9 yeni sosial obyektin açılışı Prezidentin cəbhə bölgəsində yaşayan əhaliyə xüsusi diqqətinin göstəricisidir


Bu gün dünyada gedən çətin geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycanda makroiqtisadi sabitliyin təmini ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına da xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin pandemiya dövründə bütün istiqamətlər üzrə həyata keçirdiyi düşünülmüş siyasət regionların hərtərəfli tərəqqisini təmin edib. Regionların inkişafına dair dördüncü dövlət proqramının birinci ili də daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən layihələr, yatırılan investisiyalar yüksəliş salnaməsinin nümunələridir.


19-cu "ASAN xidmət” mərkəzi, 46-cı Olimpiya İdman Kompleksi


Son illərdə regional inkişafla bağlı icra olunan 3 dövlət proqramı və hazırda icrası davam edən 4-cü proqram çərçivəsində bölgələrdə yüzlərlə yeni-yeni ictimai-iaşə obyektləri, zavod və fabriklər, aqroparklar, muzeylər, parklar, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilib. Hətta pandemiya dövründə belə ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Regionlarda yaradılan sosial-iqtisadi infrastrukturlar minlərlə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, sosial rifahın yüksəlməsinə səbəb olub.

Cənab İlham Əliyev bu layihələrin reallaşması prosesini hər zaman diqqətdə saxlamaqla yanaşı, açılış mərasimlərində şəxsən iştirak edərək xeyir-duasını verir. Vətəndaşlarla görüşərək səmimi söhbət edir. Onların problemlərini dinləyir və hətta bəzilərinin yerindəcə həlli ilə bağlı tapşırıqlarını verir. İyunun 3-4-də Prezidentin Qarabağ bölgəsinə səfəri zamanı Tərtər, Ağdam və Ağcabədidə bir sıra mühüm obyektlərin açılışında iştirakı, Tərtərdə Olimpiya İdman Kompleksinin, Ağcabədidə "ASAN Həyat” kompleksinin açılışında etdiyi geniş çıxışlar könüllülər üçün də bir yol xəritəsi oldu.

Tərtərdə Olimpiya İdman Kompleksinin açılması ilə bölgələrdə tikilmiş bu mərkəzlərin sayı artıq 46-ya çatdı. Hazırda 50 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksi olacaq.

Ağcabədi "ASAN Həyat” kompleksinə "ASAN xidmət”, "ASAN kommunal” mərkəzləri, "ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Ağcabədi regional "ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

Ağcabədi "ASAN Həyat” kompleksinin tərkibində sayca 5-ci "ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər "ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. "ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir. Ağcabədidə açılan "ASAN xidmət” isə sayca 19-cu mərkəz oldu.

Prezident "Könüllülər ili”ndə bir daha adıçəkilən xidmətin könüllüləri ilə görüşdü, gənclərə, ölkə ictimaiyyətinə tövsiyələrini verdi. Həmçinin antiazərbaycançı qüvvələrə növbəti xəbərdarlığını etdi. Eyni zamanda Avropa Şurasının hər zaman Azərbaycana qarşı qərəzli mövqeyinin əsl səbəblərini açıqladı.

Bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası "Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri ilə bağlı səsini belə çıxarmadı: "Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq”.


Qarabağ xalçaçılıq məktəbi daha da inkişaf edəcək


Qarabağa səfəri zamanı Prezident Olimpiya İdman Kompleksinin və "ASAN Həyat” kompleksinin açılışında son illərdə regionların inkişafı ilə bağlı həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verdi və qeyd etdi ki, dördüncü dövlət proqramının icrası zamanı daha möhtəşəm uğurlara imza atılacaq.

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün ölkədə sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır.

İyunun 3-də "Azərxalça” ASC-nin Tərtər filialının, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodunun açılışı da onu deməyə əsas verir ki, hər iki müəssisədə yüzlərlə insan fəaliyyət göstərəcək. Bu da hər iki rayonda işsizlik probleminin aradan qaldırılması prosesinə töhfə vermiş olacaq. "Azərxalça” Tərtər filialının açılışı isə tezliklə rayonda Qarabağ xalçaçılıq məktəbinin daha da inkişaf edəcəyini bir daha təsdiqləyir. Yəni tezliklə Qarabağ xalçaları yenidən şan-şöhrətini qaytaracaq.

Onu da vurğulayaq ki, Prezident Qarabağa səfəri çərçivəsində bir sıra mühüm obyektlərin açılışlarını edib. Tərtərdə 110/35/6 kilovoltluq "Tərtər” elektrik yarımstansiyasının, Tərtər Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin, 10/35/10 kilovoltluq "Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Bundan başqa, Silahlı Qüvvələrin Ali Baş Komandanı "N” saylı hərbi hissəyə baş çəkib, yaradılan şəraitlə tanış olub, həmçinin Ağcabədinin Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasiminə qatılıb.

Ümumilikdə Prezident Qarabağa səfəri zamanı 9 yeni sosial-iqtisadi obyektin açılışını edib.

Regionlarda yenilənən yol infrastrukturu, qazlaşdırma, kanalizasiya sistemlərinin yenidənqurulma prosesi, subartezian quyularının qazılması ilə bağlı fikirlərini bölüşən dövlət başçısı qeyd edib ki, ölkədə quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır.

Bütün bunlar təsdiqləyir ki, regionların uğurlu inkişafı hər zaman cənab İlham Əliyevin siyasətinin prioriteti olub.


Konkret iş, vaxtında atılmış cəsarətli addımlar, real inkişaf


Göründüyü kimi, Azərbaycan Prezidenti pandemiya ilə mübarizə dövründə də regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır və hər bir layihənin icrası ilə şəxsən maraqlanır. Rayonlardan qayıtdıqdan sonra isə mövcud problemlərin aradan qaldırılması istiqamətində fərman və sərəncam imzalayaraq Ehtiyat Fondundan vəsait ayırır.

Bu gün iqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycan yeni-yeni uğurlar əldə edir. İqtisadi, sosial infrastruktur layihələri, müasir obyektlər, beynəlxalq layihələrin reallaşması Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır.

Dövlət başçısının "ASAN Həyat” kompleksinin açılışında söylədiyi kimi bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Həyata keçirilən tədbirlər məqsədyönlü, səmərəli, vaxtında atılmış cəsarətli addımlardır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret iş, real inkişaf, əməl dayanır. Ona görə də əminliklə deyə bilərik ki, bu il də regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələri vaxtında və uğurla reallaşacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM