Alternative content

06:40 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəmilər səfərə çıxır
Gəmilər səfərə çıxır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:40 06.06.2020


Hər gün dəniz nəqliyyatı ilə minlərlə ton yük daşınır


Dünyada koronavirus pandemiyası hələ hökm sürsə də, dəniz və okeanlarda, iri göllərdə və çaylarda yüzlərlə gəmi üzməkdə, hərəkətdədir, belə demək mümkünsə, iş başındadır. Bunların arasında Azərbaycan gəmiləri də az deyil. Onlar həm Xəzərdə, həm də dünya sularında üzür və indiki çətin dövrdə ölkədən-ölkəyə, sahildən-sahilə müxtəlif təyinatlı yüklər daşıyır.

Cari ilin aprel ayında dəniz nəqliyyatı ilə ümumilikdə 58 min 634 ton yük daşınıb ki, bunların da dəyəri 28,1 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 28 min 757 ton yükün dəyəri 7,9 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 29 min 877 ton, dəyəri isə 20,1 milyon dollar təşkil edib.

Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) onlarca gəmisi səfərdədir. Bununla yanaşı, bir sıra gəmilərimizin ölkənin gəmi təmiri zavodlarında təmiri başa çatıb və onlar da yaxın vaxtlarda dənizə çıxacaq.

Keçən ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli "Laçın” gəmisinin Azərbaycan bayrağı ilə xarici sularda fəaliyyət göstərməsinə qərar verilib. Bu, uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil tankerdir.

Dizel yanacağı ilə yüklənmiş "Laçın” tankeri artıq ilk səfərinə hazırdır. Tanker Bakı Limanından Gürcüstanın Kulevi limanına yola düşəcək. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. "Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.

Daimi heyəti 11 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək.

Beləliklə, o, Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə "Üzeyir Hacıbəyli” və "Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. "Laçın” gəmisinin istismarına başlanması ilə Xəzərdən kənarda üzən gəmilərimizin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük gəmisi, 3-ü tankerdir.

ASCO-nun Nəqliyyat Donanmasına məxsus "Dədə Qorqud” tankeri də təmirdən sonra istismara qaytarılıb. "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər təmir olunub. Bundan başqa, gəmidə boru, elektrik quraşdırma və avtomatika işləri həyata keçirilib. Heyətin yaşayış otaqlarında və yeməkxanasında da təmir aparılıb.

Təmirdən sonra "Dədə Qorqud” dəniz sınağından uğurla keçib və istismara hazır olub. Tankerin uzunluğu 149,9, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. O, eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının balansındakı "General Əliağa Şıxlinski” kran gəmisinin isə 600 tonluq kran qolu uğurla demontaj olunub. Bu işi "Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşları yerinə yetiriblər.

Demontaj "Bibiheybət” Gəmi Təmiri Zavodunda "Azərbaycan” kran gəmisindən istifadə edilməklə həyata keçirilib. Bundan sonra kran qolu təmir edilərək yenidən öz yerinə qoyulacaq. Bu da kranın tam gücü ilə təhlükəsiz istismar olunmasını təmin edəcək.

Qeyd edək ki, 600 tonluq "General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisini həyata keçirir.

Xəzər Dəniz Neft Donanmasının balansında olan "Zülfi Hacıyev” kran gəmisinin də "Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir işləri başa çatıb.

Təmir müddətində kranın burazlarının hərəkət etdiyi bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir olunduqdan sonra yenidən öz yerində quraşdırılıb. Eləcə də baş mühərriklərin, nasosların, boru sistemlərinin, sanitar qovşaqlarının, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.

"Zülfi Hacıyev” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, lazımi rəngləmə işləri görülüb. Həmçinin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatdırılıb. Mexanizm və elektrik avadanlıqlarının yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaqdan sonra gəmi registr təsnifatı nümayəndələrinə təhvil verilib. Bu kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir.

ASCO-nun Xəzər Dəniz Neft Donanmasının balansında olan daha bir gəmisi əsaslı təmir edilib.

"Bakinskaya-6” gəmisinin təmir işləri "Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Gəminin baş mühərrikləri, nasosları, yağ və su soyuducuları, hava balonlarının armaturları, boru sistemləri, sanitar qovşaqları təmir edilib. Bundan başqa, yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları sazlanıb və digər işlər aparılıb.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra "Bakinskaya-6” dəniz sınağından keçirilib. Gəmi registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Yeri gəlmişkən qeyd edək ki, "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə ASCO-da profilaktik tədbirlər davam etdirilir. Fəaliyyətdə olan bütün gəmilərdə müəyyənləşdirilmiş qrafikə uyğun olaraq dezinfeksiya işləri aparılır. "Rəsul Rza”, "Qaradağ-7”, "PSK-31”, "Orion-3”, "Orion-23”dən sonra onlarca digər gəmi də dezinfeksiya edilib.

Flora SADIQLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM