Alternative content

20:32 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Agentlik “YouTube”da “Küçələrə su səpmişəm” xalq mahnısının fars mahnısı kimi təqdim edilməsinə münasibət bildirib
Agentlik “YouTube”da “Küçələrə su səpmişəm” xalq mahnısının fars mahnısı kimi təqdim edilməsinə münasibət bildirib
ANA SƏHİFƏ / Mədəniyyət
00:10 06.06.2020


Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə "Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının "YouTube” portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlar yayılıb.

Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bir sıra "YouTube” kanallarında, o cümlədən "chekhabar1234” və "Persian Song” adlı kanallarda iranlı musiqiçi Fereydoun Asraeinin ifasında "Dooset daram” adlı mahnı yerləşdirilib və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməyib. Bununla bağlı bildiririk ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilib və musiqinin mənşəyi barədə məlumat göstərilməyib. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir.

Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. "Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilib. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan "Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan "Azərbaycan xalq melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan "Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan "Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan "Azerbaycan halk mahnıları” kitablarında "Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub.

Mahnı, eyni zamanda 1954-cü ildə çəkilmiş "Doğma xalqıma” adlı filmdə səsləndirilmişdir.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən "Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantının Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı "YouTube” kanalına yüklənib.

"Küçələrə su səpmişəm” xalq mahnısı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən səsləndirilib, maddi daşıyıcılara yazılaraq "YouTube” səhifələrinə yüklənib.

Xüsusi olaraq vurğulamaq istəyirik ki, "Küçələrə su səpmişəm” xalq mahnısı iranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq "Khuneh be Dush” adlı albomda "Dustat daram” adı ilə 8-ci sırada yer alıb, həmin albom onun razılığı ilə "www.amazon.com” saytında yerləşdirilib və ən əsası, Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib.

Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb və "YouTube” portalının müvafiq bölməsinə ünvanlanaraq, "chekhabar1234” və "Persian Song” adlı kanallarda, eləcə də digər kanallarda "Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM