Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

22:21 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
02:12 30.12.2012

 

Keçmiş gəlinim məhkəmə qətnaməsi əsasında mənə məxsus mənzilə köçürülmüşdür. Lakin aradan bir ilə yaxın keçməsinə baxmayaraq o, bir gün belə, həmin mənzildə yaşamamışdır. Arada bir gəlib ona ayrılmış otağa daxil olur və bir neçə saat qaldıqdan sonra gedir. Bu hal, onun mənzildən çıxarılması üçün əsas ola bilərmi?

Ağabala Əliyev,

Bakı şəhəri

 

- Keçmiş gəlininizin sizə məxsus mənzildən istifadə hüququ vardır. Həmin məhdud əşya hüququ məhkəmə tərəfindən də tanınmışdır ki, onun sizə məxsus mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

Digər tərəfdən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində təsbit edilmişdir. Həmin maddənin tələbi ondan ibarətdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ya tərəflərin qarşılıqlı razılığı ilə müqavilə əsasında, ya da belə bir razılaşma olmadıqda, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə mümkündür.

Odur ki, qeyd etdiyiniz hal keçmiş gəlininizin sizə məxsus mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.

 

Nikah yaşı evlənmək üçün ərizə verənədək, yoxsa nikahın bağlandığı günədək tamam olmalıdır?

 

Orxan Səlimli,

Şamaxı rayonu

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.  Məcəllənin 11.1-ci maddəsinə uyğun olaraq nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.

Göründüyü kimi, qanun ərizənin verildiyi vaxt deyil, nikahın bağlandığı gün nikah yaşına çatma tələbini qoyur. Başqa sözlə, şəxsin nikah yaşına çatma məsələsi ərizə verilən gündə deyil, nikah bağlanan zaman həll edilir.

Cavablandırdı:

 

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin

hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM