Alternative content

20:28 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pandemiya fonunda Azərbaycan iqtisadiyyatı
Pandemiya fonunda Azərbaycan iqtisadiyyatı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:29 05.06.2020


Dörd ayın makroiqtisadi göstəriciləri bədbin proqnozları alt-üst edir


Bütün dünyanı önünə alıb aşağı-yuxarı sürüyən koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş pandemiya insanların təkcə canının qəsdinə durmayıb, həm də malına qənim kəsilib.

Döşünə döyüb mənəm deyən məlum ölkələr belə, artıq neçə aydır bilmirlər əhalinin sağlamlığının qayğısına qalsınlar, yoxsa iqtisadiyyatlarını xilas etsinlər.

Çünki bəla burasındadır ki, onların birinin xilası digərinin fəlakətinə çevrilir, yəni əhaliyə "evdə qal” deyirsən - iqtisadiyyat çökür, qapını açıb hərəni öz iş-gücünə buraxırsan - virus həndəsi silsilə ilə artır və əlac qalır sosial (daha doğrusu, fiziki) məsafə və maskaya. İlk baxışdan boğulan üçün saman çöpünü yada salan bu sadə tələbə isə, deyəsən, bizim əməl etmək vərdişimiz yaranmır ki, yaranmır.

İndi gəl, bu pandemiya labirintindən yol tapıb çıx görüm, necə çıxırsan, məşhur məsəldə deyildiyi kimi, yuxarı bığdır, aşağı saqqal.

Buna baxmayaraq, hətta bu cür mürəkkəb vəziyyətdə belə, istənilən dövlətin vəzifəsi əhalini virusdan qorumaqla yanaşı, qarnını da doydurmaqdır. Və bu 4-5 aylıq müşahidələr göstərir ki, dünyada bunu bacaran dövlətlər var və onlardan biri Azərbaycandır.

Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-aprel ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabatında bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan sahələrdən başqa digərlərində məhdudiyyətlərin tətbiqinə rəğmən, ilin əvvəlindən ötən 4 ay ərzində Azərbaycanda 22,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 0,2 faiz çoxdur. Hesabat dövründə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri neft-qaz sektorunda 1,5 faiz artmış, neft-qaz sektorunda 0,8 faiz azalmışdır.

Yanvar-aprel aylarında ÜDM-in 39,3 faizi sənaye, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi tikinti, 3,9 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 18,9 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 2249,7 manat əlavə dəyər düşmüşdür.

Dörd ay ərzində ölkə üzrə 13 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2019-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır.

Sənaye məhsullarının 63,1 faizi mədənçıxarma, 30,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı 17,1 faiz artmışdır.

Emal sektorunda isə ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6, hazır metal məmulatlarının istehsalı 4,4, tütün məmulatlarının istehsalı 18,9, içki istehsalı 8,3, rezin və plastik kütlə məmulatları istehsalı 20, kimya sənayesi məhsulları istehsalı 24,9, qida məhsulları istehsalı 8,1, əczaçılıq məhsulları istehsalı 60,7, geyim istehsalı 3,6, neft məhsulları istehsalı 5,1, elektrik avadanlıqlarının istehsalı 20,6, kağız və karton istehsalı 19,3, toxuculuq sənayesi məhsulları istehsalı 1,2, digər nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7, metallurgiya sənayesi məhsulları istehsalı 2,3, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 14 və 2,5 faiz. Azalma isə az sahələrdə (mebel, poliqrafiya məhsulları, tikinti materialları, maşın və avadanlıqlar, dəri və dəri məmulatlar, ayaqqabı istehsalında) müşahidə olunmuşdur.

DSK-nın hesabatına əsasən, yanvar-aprel ayları ərzində əsas kapitala 3 milyard 903,5 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 67,2 faizi məhsul istehsalı və 22,4 faizi xidmət obyektlərinin, 10,4 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 59,9 faizi daxili sərmayələr olan bu vəsaitlərin 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Hesabat dövründə ölkə üzrə neft-qaz sektoruna 1 milyard 806,7 milyon manat vəsait yönəldilmişdir. Qeyri neft-qaz sektorunun inkişafına yönəldilmiş 2 milyard 96,8 milyon manat vəsaitin 289,7 milyon manatından (ümumi sərmayənin 7,4 faizindən) isə qeyri neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 1 milyard 565,2 milyon manat xarici kapital da yönəldilmişdir. Həmin vəsaitin 87,6 faizi Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran investorlarına məxsus olmuşdur.

Dövlət Statistika Komitəsi cari ilin yanvar-mart ayları üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda bu dövrdə orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ cari ilin yanvar-aprel aylarında 17,1 milyard manat olmuşdur ki, bu da nominal ifadədə 2019-cu ilin eyni ayına nisbətən 1,3 faiz çoxdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, 4 ay ərzində pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11 milyard 516,1 milyon, o cümlədən 6 milyard 169,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ticarət sektorunda xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq məhsullarının satışında fəallığı zəiflətmişdir. Belə ki, cari ilin may ayında aprel ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalmışdır. Ümumilikdə isə ötən ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsi 1,9, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalmış, ərzaq, içki və tütün məmulatlarının satışı isə 2,6 faiz artmışdır. Artım, həmçinin elektron ticarət dövriyyəsində olmuşdur, özü də xeyli - 1,6 dəfə.

Xarici ticarət əlaqələrinə gəldikdə, hesabata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac edilən xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 6 milyard 695,3 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 60,6 faizini ixrac, 39,4 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 1 milyard 421,3 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisi ilə bağlıdır. Hesabatda bildirilir ki, ilin əvvəlindən ötən 3 ay ərzində Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının faktiki qiymətlərlə dəyəri 3,4 faiz artmış, real ifadədə isə 5,2 faiz azalaraq 429 milyon dollar təşkil etmişdir.

Bir neçə fakt da informasiya və rabitə barədə: hesabata əsasən, cari ilin 4 ayı ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 690,2 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 71,8 faizindən əhali istifadə etmişdir. 2019-cu ilin eyni dövrünə nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 8,4 faiz artmışdır. Əldə edilmiş gəlirlərin isə 79,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Amma nəqliyyat sektorunda obyektiv səbəblərdən vəziyyət fərqlidir. Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın, o cümlədən yerli hava uçuşlarının dayandırılması, eləcə də Bakı Metropoliteninin müvəqqəti bağlanması, rayonlar və şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması ölkə üzrə yük və sərnişin daşımalarına təsirsiz ötüşməmişdir. Hesabatda bildirilir ki, yük və sərnişin daşımaları may ayında aprel ayına nisbətən müvafiq olaraq 4,9 və 46,9, ötən ilin may ayı ilə müqayisədə isə 14,5 və 58,9 faiz azalmışdır. Bu da öz növbəsində ümumilikdə cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən ölkə üzrə yük daşımasının 4,1, sərnişin daşımasının 18,9 faiz azalmasına səbəb olmuşdur.

Sonda istehlak qiymətləri barədə: DSK bildirir ki, yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən ümumilikdə qiymətlər 3, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları 5,4, qeyri-ərzaq malları 1,2, əhaliyə göstərilən ödənişli qiymətlər isə 115 faiz bahalaşmışdır.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM