Alternative content

11:07 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:18 10.07.2020 Sənətkar ömrü
00:17 10.07.2020 Borcumuzdur bu ehtiram...
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mayası xəyanətdən yoğrulmuş "yuva”
Mayası xəyanətdən yoğrulmuş "yuva”
ANA SƏHİFƏ / SİYASƏT
02:18 05.06.2020

Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından başlanan uğurlu dövlətçilik yolu qısa zamanda - cəmisi 27 ildə ölkəmizin böyük inkişaf yolu keçməsində əsaslı rola malik oldu. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu daxili və xarici siyasət kursu isə ölkəmizi Cənubi Qafqazın istər iqtisadi, istərsə də siyasi aktoruna çevirməklə yanaşı, ona beynəlxalq münasibətlər sisteminin mühüm oyunçusu adını qazandırdı.

Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olaraq bütün sahələrdə apardığı siyasəti dəstəkləyir. Çünki bu siyasət dövlətimizin qüdrətlənməsinə, inkişafına, müstəqilliyimizin daha da gücləndirilməsinə və xalqımızın rifahına xidmət edir. Başqa bir reallıq ondan ibarətdir ki, dövlətimizin bütün nailiyyətləri erməni təəssübünü çəkən xarici dairələrin, antiazərbaycançı siyasi dairələrin qısqanclığı ilə qarşılanır və mütəmadi olaraq onlar tərəfindən ölkəmizə qarşı çirkin oyunlar aparılır.

Ən təəssüfləndirici hal odur ki, bəzi "sapı özümüzdən olan baltalar”, adını radikal müxalifət qoymuş, xarici antimilli güclərin "beşinci kolonu” qismində çıxış edən dar düşüncəli, qara təfəkkürlü ünsürlər də ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında iştirak edir, dövlətimizin və xalqımızın milli maraqlarına qarşı çıxırlar. Kimdir bunlar? Adını "Milli şura” qoymuş qisasçı ab-havada yaşayan, cılız mənfəətlər uğrunda xalqının mili maraqlarını tapdalayan, "siyasi təşkilatları” kiçik dərnəkdən seçilməyən, bütün "siyasi fəaliyyətini” yalnız maddi gəlir əldə etməyə fokuslayan bu azlıq Azərbaycanı satmaq üçün daim "axtarışdadır”.

Əslində, bir az keçmişə getsək və bəzi faktlara müraciət etsək, Dağlıq Qarabağın və ətrafındakı rayonların həmin marginal qrupların günahı ucbatından işğal olunduğunu görərik. Bu, elə də uzaq bir tarix deyil. 1992-ci ildə Dağlıq Qarabağın alınmaz qalası Şuşanın, xəyanətin qurbanına çevrilmiş Laçının işğalının altında məhz o dövrün AXC-nin hakimiyyətə gəlmək oyunlarının dayandığını açıq şəkildə görə bilərik. Bundan başqa, məhz onların apardığı səriştəsiz siyasət nəticəsində 1992-1993-cü illərdə ölkəmizdə separatizm meyilləri baş qaldırdı, "səhra komandiri” təyin edilən şəxslər əllərindəki silahlı birləşmələr vasitəsilə özbaşınalıqlar etdilər, rayonlarda müxtəlif cinayətlər törətdilər.

2013-cü ildə elə xarici güclərin diktəsi ilə yaradılmış "Milli şura”nın sədri Cəmil Həsənli həmin dövrdə güya "Qarabağ konsepsiyası” hazırlayacağından dəm vururdu. Amma nəticə nədir? Ortada hər hansı bir konsepsiya, filan yoxdur. Hətta bu konsepsiyanın olmaması insanı daha çox sevindirir. O baxımdan ki, mayası xəyanətdən yoğrulmuş bir quruma başçılıq edən, xarici ölkələrə səfərlərində - konkret olaraq ABŞ-a səfərlərində ölkəmizə qarşı ən böyük haqsızlıqlardan sayılan "Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smitlə görüşlər keçirən Cəmil Həsənlinin bu münaqışəyə münasibətdə tutduğu mövqe hər kəsə bəllidir - yəqin ki, bu mövqe onun "dostları” olan ermənipərəstlərin mövqeləri ilə uzlaşır. 2016-cı ildə ermənilər cəbhənin təmas xəttində Azərbaycana qarşı hücumlar təşkil etdiyi bir dövrdə AXCP sədri Əli Kərimlinin oğlu "beynəlxalq tədbirlərdə” Dağlıq Qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurdu. Demək ki, ermənipərəst fəaliyyət bunlar üçün şüurlu bir seçimə çevrilib.

Pandemiya ilə əlaqədar karantin günlərində də "beşinci kolon” nümayəndələri ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd etməklə öz xain simalarını bir daha nümayiş etdirdilər. Amma onların bu xain arzuları da puç oldu. Xalq-dövlət birliyi çətinliklərin öhdəsindən uğurla gəldi. "Milli şura”, AXCP və onların xarici uzantılarının bu xəbis istəkləri isə elə özləri kimi iflasa uğradı. Radikal dağıdıcılıq təfəkküründən qurtula bilməyən bu xain dəstənin iç üzü son günlərdə bir daha Azərbaycan cəmiyyətinə özləri tərəfindən "təqdim edildi”. "Milli şura” adlı xainlər qruplaşmasının koordinasiya mərkəzinin son toplantısında baş verənlər bu qurumda təmsil olunanların "siyasi intiharı”na çevrildi.

Azərbaycan dövlətini öz inkişaf və yüksəliş yolundan döndərmək mümkün deyil. Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizi istəməyən bütün dairələrin planlarını bundan sonra da darmadağın edəcək.

Müşfiq MƏMMƏDLİ, 
Milli Məclisin deputatı





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM