Alternative content

21:04 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni texnologiyalar su itkisinin qarşısını alır, məhsuldarlığı artırır
Yeni texnologiyalar su itkisinin qarşısını alır, məhsuldarlığı artırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:12 05.06.2020


Xəbər verildiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının (AİB) təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilmişdir.

Azərbaycanın dövlət başçısı videokonfransda bankın rəhbərliyi ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə aid geniş müzakirələr aparmışdır və bu sahələrdən biri də suvarma sistemləri ilə əlaqədardır. Prezident İlham Əliyev bankın Naxçıvanda suvarma layihəsinin icrası üçün təqribən 100 milyon dollar kredit ayırmağa hazır olduğuna görə AİB rəhbərliyinə təşəkkür etmiş, ölkə ərazisində bu sahə üzrə daha mühüm layihələr icra etməyin vacib olduğunu bildirmişdir: "Bundan əlavə, sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk... Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olardıq”.

Qeyd edək ki, bu gün su problemi təkcə ölkəmizə aid deyil. İndi dünyada su çatışmazlığı ən böyük problemlərdən biridir. BMT-nin son araşdırmalarına görə, 30 ildən sonra dünya əhalisinin yarısı susuz qala bilər. Yəni 2050-ci ilədək dünyada 3,5-4,4 milyard insanın içməli su çatışmazlığı problemindən əziyyət çəkəcəyi ehtimalı var. Həmin hesabatda qeyd edilir ki, içməli su çatışmazlığından əziyyət çəkəcək insanların 1 milyardı böyük şəhərlərdə yaşayanlar olacaq. Hazırda isə dünyada 2 milyarddan çox adam içməli su çatışmazlığından əziyyət çəkir və ya ümumiyyətlə, içməli su ehtiyatlarından məhrumdur.

Azərbaycan arid zonada yerləşdiyi üçün su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 milyard kubmetrdir. Quraqlıq illərdə bu, 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Onu da qeyd edək ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik, ümumi su tutumu 640 milyon kubmetr olan su anbarları Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qaldığı üçün uzun illərdir ki, bu imkandan istifadə edə bilmirik.

Bütün bu səbəblərdən Prezident İlham Əliyev ölkənin su probleminin həllinə xüsusi diqqət yetirir və bu istiqamətdə çoxsaylı tədbirlər görür. Bu gün Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları ölkədə su ehtiyatlarının yaradılmasında xüsusi rol oynayır. Bununla yanaşı, ölkə ərazisində olan kiçik çayların üzərində tikilən su elektrik stansiyalarından da əlavə su mənbələri kimi istifadə olunur.

Dövlət başçısı Azərbaycanda su probleminin həlli üçün görüləcək işləri vurğulayaraq demişdir: "Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm, hesab edirəm ki, təmin olunacaq. 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulub. Biz həm də aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərəli istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik”.

Artıq Azərbaycanda bir çox təsərrüfatlar dövlətin yaratdığı imkanlar hesabına xaricdən gətirilən yeni texnologiyalardan istifadə edir. Bir sıra fermer təsərrüfatları dünyanın tanınmış şirkətlərinin texnika və texnologiyalardan səmərəli istifadə edərək yüksək məhsul əldə etməyə nail olur. Məsələn, kiçik və orta taxılçılıq təsərrüfatlarında hər hektardan 30 sentner məhsul götürüldüyü halda, iri fermer təsərrüfatları və aqroparklarda müasir suvarma sistemləri hesabına bu rəqəm 60 sentnerdən yuxarıdır. Yeni suvarma sistemləri həm də su itkisinin qarşısını alır.

Ölkəmizdə son bir neçə ildə aqrar sektorda məhsul istehsalının və ixracın artması da müasir texnika və texnologiyalardan istifadə ilə bağlıdır. Belə ki, dövlətin dəstəyi ilə "Aqrolizinq” tərəfindən gətirilərək fermerlərə güzəştli şərtlərlə verilən bu texnika və texnologiyalar məhsul istehsalının artmasında önəmli rol oynayır. Xüsusilə su itkisinin qarşısını alan, torpağın münbitliyini qoruyan və məhsuldarlığı yüksəldən suvarma texnologiyaları bu sahədə daha çox fayda gətirir.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM