Alternative content

16:03 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbiətə ana deyiriksə...
Təbiətə ana deyiriksə...
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:11 05.06.2020


Əvəzsiz sərvət yetirən təbiət ana qədər doğmadır. Dünyanın harasında olursan-ol, doğma yurdun, vətənin həsrətini daim çəkirsən. Məhz buna görə təbiəti ana qədər sevmək və qorumaq hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir. Ölkəmizə gələn əcnəbiləri heyran qoyan və hətta onları əbədi turistə çevirən Azərbaycan təbiətinin gözəllikləri bədii ifadəsini şairlərin poeziyasında, musiqiçilərin lirikasında, fırça ustalarının kətan üzərindəki rənglərin inikasında da yetərincə yer alıb...

Ulu Öndər Heydər Əliyev təbiətin bütün canlıların, o cümlədən insanların həyatında oynadığı mühüm rolu belə dəyərləndirmişdir: "İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir”.

Ətraf mühitin son yüzillikdə dəhşətli dərəcədə çirklənməsi bir sıra ekoloji problemlər də yaradıb. Bu mənada ətraf mühitin mühafizəsi və ekoloji problemlər Azərbaycanda da diqqət mərkəzindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində təbiətin qorunması, onun yeraltı sularından, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərindən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, mühafizəsinin təkmilləşdirilməsi, bugünkü və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq mühüm məsələdir. Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, onların həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

"Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli sərəncamı da təbiətin öz təbiiliyi, tariximizin yaşadıcısı olan maddi-mədəniyyətin, eləcə də etnoqrafiyasından soraq verən ərazilərin göz bəbəyi kimi qorunması baxımından çox böyük əhəmiyyətə malikdir. Sərəncama əsasən, "Çıraqqala” və "Şabran şəhəri” tarixi qoruqlarının ərazisi "Çıraqqala-Şabran”, Şəmkir rayonunun tarixi ərazisi "Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi isə "Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

Əlbəttə, BMT Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilməsi heç də təsadüfi deyil. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, bütün bölgələrdə yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də Ümummilli Liderin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. "Ekoloji təhlükəsizlik haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir.

Məhz bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyalara qoşulub.

Xatırlatmaq yerinə düşər ki, ölkəmizin təbii landşaftlarının qorunmasına xüsusi təbiət mühafizəsi rejimi vasitəsilə nəzarət edilir. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay yaradılıb. 1959-cu ildə ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq bu siyahıya əlavə edilib. 1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb. 2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2.28 faizi qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.

Azərbaycan Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantıların yandırılması zavodunun tikilməsi bu istiqamətdə həyata keçirilən layihələrin ən mühümü və diqqətçəkənidir.

Ətraf mühitin saflaşdırılması bu gün bəşəriyyəti narahat edən qlobal problemlərdən biri və əslində birincisi hesab edilir. Bu istiqamətdə beynəlxalq birlik səviyyəsində müəyyən layihələr həyata keçirilməkdədir. Azərbaycana gəlincə, ətraf mühitin sağlamlaşdırılması, əslində, dövlət siyasətinin prioritetlərindəndir. Konkret olaraq qeyd edə bilərik ki, bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr beynəlxalq miqyasda təqdir edilməkdədir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM