05 Iyun 2020 02:10
777
İQTİSADİYYAT
A- A+

Su həyatın özüdür


Bu il qış qarsız keçdi. Ümid etdik ki, yaz bol yağışlarla özünü göstərəcək. Amma bu baxımdan da arzularımız boşa çıxdı. Hazırda su qıtlığı Yer kürəsinin hər yerində qlobal problemlərdən birinə çevrilib.

Son illər Qusarda içməli və suvarma suyu ilə bağlı bir neçə layihə həyata keçirilsə də, problemin köklü şəkildə həll olunduğunu öncədən söyləmək olmaz. Problemin əsas yaranma səbəbi iqlim dəyişikliyidirsə, digər amil insan faktoru ilə bağlıdır. Belə ki, bu gün Qusarda, eləcə də qonşu rayonlarda intensiv bağçılığın, tərəvəzçiliyin genişləndirilməsi ilə əlaqədar suya olan tələbat kəskin şəkildə artmışdır. Bu da öz növbəsində iri bağ massivlərinə malik təsərrüfat rəhbərləri ilə kiçik fərdi fermerlər arasında mübahisələrə səbəb olur. Bu cür halların yaranmaması üçün Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində suvarma mövsümü ilə bağlı keçirilən geniş müşavirədə bu və ya digər məsələlər müzakirə edilib.

Bizimlə söhbətində qarşıdakı mövsümlə əlaqədar Qusar Suvarma Sistemləri İdarəsinin rəisi Məzahir Əzizov bildirib ki, son illər rayonun su mənbələrində, xüsusilə, Samur çayında suyun səviyyəsinin aşağı düşməsi, Qusar çayında azalma hiss olunur. Ekoloji durumla, iqlimlə bağlı bu hal yay aylarında xüsusilə kəskin xarakter alır, nəticədə əhaliyə suvarma suyunun fasiləsiz verilməsində müəyyən çətinliklər yaranır.

Digər tərəfdən torpaq kanallar vasitəsilə suyun uzaq məsafələrə çatdırılması zamanı da xeyli itkilər olur. Bu çətinliyi nəzərə alaraq rayon rəhbərliyi tərəfindən məsələ qaldırılmış, layihə əsasında 60 kilometrə yaxın torpaq kanallar betonlaşdırılmışdır. Rayon rəhbərliyinin yerlərdə keçirdiyi səyyar görüşlər zamanı su təminatının yaxşılaşdırılması üçün qaldırılmış məsələlərlə əlaqədar olaraq Yuxarı Kalunxür kəndi ərazisində dəyirman arxının təhlükəli ərazisində də 60 paqon metr qapalı boru xəttinin çəkilməsi, Bədirqala kəndinin suvarma suyu ilə təchiz edən torpaq kanalın təmir olunaraq üzərində su buraxıcı qurğunun quraşdırılması təmin edilib. Rayonun Könhə Xudat, Köhnə Xudat qazmaları, Kuzunqışlaq, İmamqulukəndoba və Əvəxüroba kəndləri ərazilərində 5 artezian su quyusu qazılıb.

Qarşıdakı illərdə 200 kilometrə yaxın torpaq kanallara beton üzlüyün çəkilməsi üçün yuxarı təşkilatlar qarşısında məsələ qaldırılıb. Bundan əlavə, Zindanmuruq və Yeni Həyat arxlarında rekonstruksiya işlərinin görülməsi nəzərdə tutulmuşdur, Çağarqışlaq kəndi ərazisində stasionar nasos stansiyasının tikintisi isə davam etdiriləcəkdir, həmçinin Zuxul kəndinin həyətyanı və 200 hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün mənbəyi Tahircal çayı olan Zuxul arxının başlanğıcında su qəbuledici kameranın tikintisi 2,3 kilometrə yaxın arxa beton üzlük çəkilməsi işləri nəzərdə tutulub. Eyni zamanda da kiçik həcmli anbarın və nasos stansiyasının tikintisi, qapalı boru xəttinin çəkilməsi, Qayakənd kəndində sel sularından mühafizə məqsədilə Qusar çayında daş-beton bəndlərin quraşdırılması işlərinə başlanacaqdır. 2020-ci ildə, həmçinin Qullar, Zindanmuruqqışlaq, Qalacıq (Çoban), Çubuqlu, İmanqulukənd, Qılahoba, Düztahiroba, Zuxuloba kəndlərində 9 artezian quyusunun qazılması nəzərdə tutulub. Cari mövsümdə su istifadəçilərinin çətinliklərlə üzləşməməsi üçün indidən xüsusi tədbirlərin görülməsinə başlanılıb.

Həyatın özü olan sudan istifadə edərkən onun nə qədər qiymətli nemət olduğunu heç kəs yaddan çıxarmamalıdır. Su israfçılığına yol verməmək, onun hədər axıdılmasının qarşısını almaq, ədalətli bölgüsünə, həm də müqavilə şərtlərinə əməl etmək istehlakçıların borcu olmalıdır.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video