05 Iyun 2020 02:09
700
ELANLAR
A- A+

“Azercell” uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi


Artıq "NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar


"Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yeni xidməti təqdim edib. "NNTV Mobil TV” xidmətində yeni "Kids” ("Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və populyar uşaq TV proqramlarını izləyə biləcəklər.

"NNTV Kids” paketində "Disney”, "Boomerang”, "Cartoon Network”, "Nickelodeon HD”, "TRT Cocuk”, "Detskiy mir”, "Karusel”, "Discovery Channel HD” kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.

"NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya "K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir.

Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.

"Azercell”in "Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, "İdman Paketini” də ayrıca təqdim edən NNTV tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video