04 Iyun 2020 22:32
499
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyi yaxın qohumun dəfnində iştirak etməyə icazə almaqla bağlı məlumat yayıb


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qayınatanın, qayınananın) dəfnində iştirak etməyə icazə almaq üçün nazirliyin 590–80–20 "qaynar xətt” telefon nömrəsinə, yaxud "102” xidmətinə müraciət edilsin.

İyunun 6-dan etibarən iyunun 8-dək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video