Alternative content

20:41 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqaz Müsəlmanları İdarəsi sədrinin ICESCO-nun Baş direktoru ilə videokonfrans formatında görüşü olub
Qafqaz Müsəlmanları İdarəsi sədrinin ICESCO-nun Baş direktoru ilə videokonfrans formatında görüşü olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:51 04.06.2020
İyunun 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Maliklə videokonfrans formatında görüşüb.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə QMİ sədri ilə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikə İslam dünyasının nüfuzlu təşkilatının rəhbəri vəzifəsində fəaliyyətinə xeyir-dualarını bildirib və Azərbaycan ilə ICESCO arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qalxması yönündə birgə səmərəli əməkdaşlığa ümidvar olduğunu vurğuladı. Şeyxülislam A.Paşazadə ICESCO müstəvisində Azərbaycanın işğal altında olan ərazilərinin mədəni, dini-mənəvi irsinə münasibətdə, habelə qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinə hər zaman diqqət və dəstək nümayişini İslam həmrəyliyinin nümunəsi kimi təqdir etdiyini bildirib.

Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidentinin və ölkəmizin Birinci vitse-prezidentinin ICESCO ilə əlaqələrə böyük önəm verdiklərini vurğulayıb. QMİ sədri ICESCO ilə bərabər elm, mədəniyyət, din, ictimai xadimlərinin birgə konfranslarının keçirilməsinin böyük əhəmiyyətini qeyd edib.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şeyxülislam A.Paşazadəni İslam dünyasının dəyərli şəxsiyyəti kimi səciyyələndirib və onunla görüşdən, rəhbərlik etdiyi qurumun ehtiva etdiyi sahələr üzrə yaxın gələcəkdə sıx əməkdaşlıq perspektivindən məmnunluğunu ifadə edib. QMİ sədrinin KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini yüksək dəyərləndirən baş katib rəhbərlik etdiyi qurumun nizamnaməsində edilmiş dəyişikliklər barədə QMİ sədrini geniş məlumatlandırıb. Bildirib ki, ICESCO qeyri-İslam dinləri ilə əməkdaşlıqda maraqlıdır və bu baxımdan Şeyxülislam A.Paşazadənin beynəlxalq müstəvidə, o cümlədən regionda dinlərarası dialoq və konfessiyalararası əməkdaşlıq sahəsində böyük nüfuz və təcrübəsinə, habelə təşkilatçılıq qabiliyyətinə və geniş əlaqələrinə böyük önəm verir.

Pandemiya səbəbindən videoformatda görüşdüklərini bildirən QMİ sədri A.Paşazadə xəstəlik təhlükəsi sovuşduqdan sonra baş katib Səlim bin Məhəmməd Əl-Maliki Azərbaycana səfərə dəvət edəcəyini deyib və rəhbərlik etdikləri qurumlar arasında qarşılıqlı faydalı işbirliyi, dini-mənəvi dəyərlərə istinadən birgə layihələrin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikasının ICESCO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə də iştirak edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM