04 Iyun 2020 19:50
602
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: 1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub


İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda "Tər Gül” ticarət mərkəzində 4, Qaradağ rayonunda "Binə” ticarət mərkəzində 14, Nərimanov rayonunda "Gənclik Mall”da 2, Nəsimi rayonunda "28 Mall”da 6 obyektdə, "SSİ retail" MMC-yə məxsus "New Yorker” mağazasında, Suraxanı rayonunda "Cənub Market”də və "Ekonom Market”də, Xəzər rayonunda "OBA Market”də, Mayis Ağayevə məxsus "Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, "Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində "Aptek Bəxtiyar”da, Abşeron rayonunda "Rahat Market”də və "Səma Market”də, Xətai Abbasova məxsus "Şərab evi”ndə, Cəlilabad rayonunda "Bizim İnşaat”, "Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus "Oboy evi”ndə, İsmayıllı rayonunda Elvin Mursəliyevə məxsus "Kafe”də, "Bolluq Market” və "Bol Market”də, Qəbələ rayonunda "Çay evi”ndə, "Oğuz dönər” və "Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda "Sədərək", "Cehizlik aləmi” mağazalarında, "Məxməri çay evi”, "Lider dönər evi” ictimai iaşə obyektlərində və sair ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Qeyd edək ki, mayın 22-dən iyunun 3-dək 3158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video