04 Iyun 2020 19:45
534
CƏMİYYƏT
A- A+

Qaçqın və məcburi köçkünlərə mənzillərin qanunsuz verilməsi üçün rüşvət tələb edən şəxslərlə bağlı cinayət işi açılıb


Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının icrası çərçivəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onların mövcud problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır. Bununla yanaşı, dövlətin bu sahədə gördüyü işlərə kölgə sala biləcək qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən ən ciddi tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Komitənin vəzifəli şəxslərinin 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsində yerləşən təcili tibbi yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış çoxsaylı qaçqın və məcburi köçkün ailələrinə mənzillərin qanunsuz verilməsi üçün onlardan müxtəlif məbləğlərdə pulu dəfələrlə təkrar rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli Çağrı Mərkəzi və ya Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video