Alternative content

00:37 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
16:19 04.06.2020

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb. Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək qiymətləndirən komitə sədri ölkə vətəndaşları tərəfindən karantin rejiminin yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu vurğulayıb.

Sonra iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Əhliman Əmiraslanov sənədi ətraflı şərh edib. Qeyd olunub ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.

Komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı fikirlərini bildirərək, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışıblar.

Gündəliyin ikinci məsələsini təqdim edən Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında” və "Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırıb və bildirib ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.

İclasda gündəliyin üçüncü məsələsinin - "Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan Məhəmməd Bazıqov diqqətə çatdırıb ki, "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli Qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub. Bunu TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcək. Sənəddə ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləği isə çarpayı sayına görə diferensiallaşdırılır. Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən müəssisə tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.

Ətraflı müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM