04 Iyun 2020 16:18
633
DÜNYA
A- A+

Dünyada 6,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub


Son məlumatlara görə, dünya üzrə koronavirusa 6 milyon 596 min 501 yoluxma halı qeydə alınıb, 388 min 422 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Həmçinin 3 milyon 188 minə yaxın xəstə sağalıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 15:10-a olan məlumata əsasən, dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri ötüb. Bu göstəriciyə görə ABŞ-ın ardınca böyük fərqlə Braziliya (584 min 562 nəfər), Rusiya (441 min 108 nəfər), İspaniya (287 min 406 nəfər), Böyük Britaniya (279 min 856 nəfər) və İtaliya (233 min 836 nəfər) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 109 min 146 nəfər. Birləşmiş Krallıqda 39 min 728, İtaliyada 33 min 601, Braziliyada 32 min 568, Fransada isə 29 min 21 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə altıncı yerdə qərarlaşan İspaniyada bu göstərici 27 min 128 nəfər təşkil edir.

Bununla yanaşı Avropa ölkələrində epidemioloji vəziyyət yaxşılaşmağa davam edir: karantin tədbirləri tədricən aradan qaldırılır, sərhədlər isə açılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video