04 Iyun 2020 12:36
501
DÜNYA
A- A+

Koronavirusa qarşı vaksin daimi immunitet yaratmaya bilər


İnfeksiyanın gələcəkdə mümkün mutasiyası ehtimalına görə koronavirus əleyhinə potensial peyvənd COVID-19 xəstəliyinə qarşı daimi immunitet yaratmaya bilər.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu ehtimalı ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçi səsləmdirib.

"Əgər COVID infeksiyası özünü digər koronaviruslar kimi aparsa, çox güman ki, immunitet uzun müddət davam etməyəcək”, - deyə Entoni Fauçi bildirib. Onun sözlərinə görə, koronavirusa qarşı vaksin adətən 3-6 ay ərzində və demək olar ki, bir ildən az müddətdə effektiv olur.

Alimlərin bir hissəsi isə bu məsələyə optimist yanaşır. Onlar hesab edirlər ki, virusun mutasiyası əhəmiyyətli dərəcədə deyil və hazırlanan vaksinlər həm koronavirusun hazırda mövcud olan, həm də gələcəkdə uğrayacağı mutasiyalara qarşı səmərəli olacaq.

"Bu virus, məsələn, qrip infeksiyası qədər mutasiyaya uğramır. Ümid edək ki, SARS-CoV-2 vaksini azı bir neçə mövsüm ərzində effektivliyini saxlayacaq”, - deyə Kanzas Universitetinin professoru, virusoloq Brendon Dekoski bildirib.

Qeyd edək ki, koronavirusa qarşı Çində hazırlanan peyvənd bu ilin sonlarında bazara çıxa bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video