04 Iyun 2020 12:34
678
Təhsil
A- A+

Dövlət İmtahan Mərkəzi onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram təminatı hazırlayıb


Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə etmək bacarıqlarını yoxlaya bilərlər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

Proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında "Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat bu gün saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi "ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video