Alternative content

19:05 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şimal-Cənub nəqliyyat dəhlizi”nin ölkəmizin tranzit imkanlarının artmasında rolu böyükdür
“Şimal-Cənub nəqliyyat dəhlizi”nin ölkəmizin tranzit imkanlarının artmasında rolu böyükdür
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:18 04.06.2020


Prezident İlham Əliyev pandemiya dövründə də aktiv fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində tədbirlər görür, mühüm obyektlərin açılışında iştirak edir, vacib bəyanatlar səsləndirir.

Bununla yanaşı, beynəlxalq videokonfranslara qatılır, çox halda belə tədbirlərin keçirilməsinin təşəbbüsçüsü olur, həmçinin bu formatda dünyanın tanınmış şirkətlərinin rəhbər heyəti ilə görüşür. Dövlət başçısı bu fəaliyyəti ilə həm də ölkəmizin postpandemiya dövründə görüləcək işlərin təməlini qoyur.

Xəbər verildiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Sözsüz ki, dünyanın ən güclü maliyyə imkanlarına malik bankın rəhbərliyinin Azərbaycan Prezidenti ilə görüşmək istəməsi ölkəmizin iqtisadi inkişafı ilə bağlıdır. Çünki bankirlər maliyyə ayırdığı ölkələrin iqtisadi və siyasi imkanlarını dərindən təhlil edib sonra qərar verirlər.

Qeyd edək ki, ölkəmizlə Asiya İnkişaf Bankı arasında əlaqələr 1999-cu ildən bəri inkişaf etməkdədir. Bank Azərbaycanla istər ölkəmizə məxsus, istərsə də regional layihələrin icrasında fəal əməkdaşlıq edir. AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsi də ölkəmizə olan etimad və hörmətin təzahürüdür.

Azərbaycanda region və dünya üçün bir çox mühüm layihələr icra olunur. Bunlardan biri də "Şimal-Cənub nəqliyyat dəhlizi”dir. Bu, Asiyanı Azərbaycan və Rusiya vasitəsilə Avropaya birləşdirən mühüm bir marşrutdur. Layihənin icrası Asiyanın bir çox ölkələrinin Avropa ilə ticarətini həm sürətləndirəcək, həm də genişləndirəcək. Vurğulayaq ki, bu layihənin təşəbbüskarı, eləcə də qəbul edilən qərarların əsas icraçısı Azərbaycandır.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə keçirilən videokonfransda onların diqqətini "Şimal-Cənub nəqliyyat dəhlizi”nin əhəmiyyətinə cəlb etdi: "Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq... Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə "Şimal-Cənub dəhlizi”nin bir hissəsi olaraq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir”. Bugünədək Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq deməyə əsas verir ki, "Şimal-Cənub dəhlizin”in maliyyələşməsində də AİB yaxından iştirak edəcək. Çünki həmin bankın ölkəmizə olan marağı və etimadı böyükdür.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə icra edilən bu kimi nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Həmin qurumlar dəfələrlə Azərbaycanda görülən işlərin təkcə ölkəmiz deyil, dünya üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Azərbaycanda icra edilən layihələr sayəsində ölkəmiz dünyada mühüm nəqliyyat dəhlizləri - Şərq-Qərb, Şimal-Cənub marşrutları üzrə önəmli qovşağa çevrilib. İndi bu istiqamətlərdə gedən bütün yollar Azərbaycanda birləşir.

Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələrinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayaraq demişdir: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik”.

"Şərq-Qərb nəqliyyat dəhlizi”nin yaradılması istiqamətində ölkəmiz tərəfindən vaxtında atılan addımlar öz bəhrəsini verir. Belə ki, ötən il həmin nəqliyyat dəhlizi üzərindən yük daşınması artıb. Çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu dəhlizə geniş imkanlar yaradır. Ən başlıcası isə Azərbaycandan keçən həmin dəhliz üzərindən təkcə şərq istiqamətindən yox, eyni zamanda, Rusiya tərəfindən yüklərin Türkiyəyə və Avropaya daşınması müşahidə edilir. Bir sözlə, "Şərq-Qərb nəqliyyat dəhlizi” ilə yanaşı, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin də işlək əmsalı ildən-ilə artır. Bu da ölkəmizin həm iqtisadi inkişafına, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına imkan verir.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM