Alternative content

04:01 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
00:20 04.07.2020 BİLDİRİŞ
00:20 04.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə
İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə
ANA SƏHİFƏ / Təhsil
12:01 03.06.2020

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlərin 89 faizi, Azərbaycan dili imtahanı verənlərin 34 faizi, 9 cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 69 faizi Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır.

Aşağıda iyunun 6-da və 7-də imtahan keçiriləcək rayon və şəhərlərin, həmçinin imtahanda iştirak etməli olan kontingentin siyahısı ilə bir daha tanış ola bilərsiniz.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin (bu ilin) məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər (oxuduqları məktəbin yerləşdiyi rayonun imtahan günündə). Əvvəlki illərin məzunları isə "Şəxsi kabinet”lərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, həmin yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

İyunun 6-da 9-cu sinif üzrə:

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə* (I hissə, siyahı) Siyəzən və Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş və Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı;

İyunun 6-da 11-ci sinif üzrə:

Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı;

Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan və Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

İyunun 7-də 9-cu sinif üzrə:

Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam və Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir və Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı;

Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı;

İyunun 7-də 11-ci sinif üzrə:

Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Pirallahı (Bakı), Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul və Tərtərdə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM