Alternative content

04:37 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DÜNYA GÖRDÜ, BİLDİ, QİYMƏTLƏNDİRDİ
DÜNYA GÖRDÜ, BİLDİ, QİYMƏTLƏNDİRDİ
ANA SƏHİFƏ / SİYASƏT
01:04 03.06.2020


İLHAM ƏLİYEV KORONAVİRUSA QARŞI MÜBARİZƏDƏ AZƏRBAYCANI NÜMUNƏYƏ ÇEVİRƏN İŞLƏR GÖRDÜ


Bəli, Prezident İlham Əliyev COVID-19 adlı dünyanı bürümüş xəstəliyi Azərbaycanda cilovlayıb ram edə bildi!

Söhbət təkcə adi yoluxucu xəstəlikdən, Yer üzündə sürətlə yayılaraq insanları yoluxduran, bəzən hətta ölümə səbəb olan koronavirus infeksiyasından getmir!

Onu yox etmək, zəruri vaksin və dərman hazırlamaq həkimlərin, alimlərin və virusoloqların işidir!

Məsələ dünya düzənini pozan, ölkələri öz qınına çəkilməyə məcbur edən, iqtisadi fəallığı aşağı salan, neftin qiymətini öldürən, dövlətləri və onların səhiyyə sistemini çıxılmaz duruma salan bəlanın fəsadlarının qısa vaxtda aradan qaldırılmasından, yaranan vəziyyətdən daha tez və daha çevik, az itki ilə çıxmaqdan gedir!

Bu isə vaxtında, daha doğrusu, vaxtı və hadisələri qabaqlamaqla görülən kompleks tədbirlərdən, uzaqgörən və səriştəli addımların atılmasından asılıdır!

Daha bir məqam.

Bu "koronavirus əhvalatı” dünya üçün bir sınağa çevrildi, çox özündəndeyən ölkələrin dizini yerə qoydu, çoxlarının səhiyyəsini çökdürdü, hətta bəzilərinin imicini korladı!

Əslində, hansı dövlət rəhbərinin ekstremal vəziyyətdə nəyə qadir olduğunu, dövləti və xalqı gözləyən real təhlükəni sovuşdurmaq bacarığını, darmacalda ən səmərəli və düzgün qərarlar qəbul etmək məharətini ortaya qoydu!

Qısaca desək, kimin kim olduğunu göstərdi!


QABAQLAYICI TƏDBİRLƏRİN SƏMƏRƏSİ


Əsas məqsəd Azərbaycan vətəndaşını real təhlükədən qorumaq olsa da, Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizəni bir neçə cəbhədə aparırdı.

Birinci, yoluxmaların qarşısını almaq, virusun geniş areala yayılmasına imkan verməmək!

Bu vəzifəni uğurlu həyata keçirmək üçün nədən başlamaq və nələri etmək lazımdır?

Ən çətin və mürəkkəb sual da bu idi!

Çünki virus haqqında heç kim heç nə bilmirdi, ona qarşı mübarizə təcrübəsi yox idi, hadisələrin necə inkişaf edəcəyi aydın deyildi!

Üstəlik, pandemiyanın ilk günlərindən bəzi ölkələr və beynəlxalq təşkilatlar çaşqın vəziyyətə düşmüş, özlərinə qapılmışdılar.

Belə bir məqamda İlham Əliyevin lider xarizması və uzaqgörənliyi kara gəldi, atdığı ilk addımlarla çevik və qabaqlayıcı mexanizm yaratmağa nail oldu, virusun ölkəyə sərbəst daxil olub dərinliklərə işləməsinə, yoluxmanın əl-qol açmasına və genişlənməsinə yol vermədi!

İlkin olaraq yanvar ayının 24-də bütün zəruri struktur və qurumları özündə birləşdirən, dövlət başçısı tərəfindən verilən hər bir tapşırığı dərhal və uğurla yerinə yetirməyə qadir Operativ Qərargah yaradıldı. Sutkanın 24 saatı ərzində fəaliyyət göstərən bu qərargah Nazirlər Kabineti yanında təşkil edildi və fəaliyyəti dövründə daim etimadı doğrultdu!

Martın 3-dən etibarən isə ölkə ərazisində bütün təhsil müəssisələrində tədris prosesi mərhələlər üzrə dayandırıldı. Daha sonra bütün kütləvi tədbirlərin keçirilməsi saxlanıldı və ya tamamilə ləğv edildi.

Martın 14-dən bir sıra sosial təcrid tədbirləri icra edildi, 24-dən isə xüsusi karantin rejiminin tətbiqinə başlandı!

Zaman və hadisələrin sonrakı gedişi göstərdi ki, dövlət başçısının bu addımları həlledici olmaqla azğın koronavirusun ölkə ərazisində ram edilməsində çox mühüm rol oynadı!

Antikoronavirus mexanizmi qurulduqdan sonra digər cilovlama tədbirləri də ardıcıllıqla görüldü:

* Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı;

* Əvvəlcə Bakı və Sumqayıt şəhərlərinə, Abşerona giriş qadağan edildi, sonra rayonlararası get-gəl məhdudlaşdırıldı, metronun işinə fasilə verildi;

* Aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyəti tətbiq edildi;

* İnsanların (xüsusi icazəsi olanlardan başqa) səbəbsiz və icazəsiz evlərindən çıxmalarına yol verilmədi;

Əlbəttə, bütün bu qadağalar qəflətən, izahsız qoyulmurdu!

ƏVVƏLCƏDƏN:

* Dövlət başçısı xalqa müraciət edərək pandemiyanın ciddiliyini, insan həyatına böyük təhlükə törətdiyini, zəruri tədbirlər görülməyəcəyi təqdirdə faciəli nəticələrə gətirəcəyini, buna görə də qoyulan qaydalara danışıqsız əməl olunmasının vacibliyini diqqətə çəkdi;

* Bütün KİV-də və telekanallarda geniş maarifləndirmə işləri aparıldı;

* İnsanların panikaya, yersiz qorxuya və təlaşa düşmələrinin qarşısı alındı, onlara necə hərəkət etmələri, virusdan necə qorunmaları sistemli qaydada izah olundu;

* ÜST ilə operativ əlaqə quruldu, sıx əməkdaşlığa başlanıldı, onların tövsiyə və məsləhətləri nəzərə alındı, koronavirusa qarşı mübarizədə dəstəklərindən istifadə olundu,

5 mln. dollar həcmində yardım göstərildi;

* Xarici səfərlər ləğv olundu, elektron viza verilişi dayandırıldı, sərhədlər bağlandı, təyyarə reysləri təxirə salındı, koronavirus təhlükəsi daha çox duyulan sərhəd bölgələrində FHN-in səyyar hospitalları təşkil olundu, xaricdən gələn ölkə vətəndaşları karantin rejiminə salındı, virusun yayılmasının qarşısı elə ilk günlərdən alındı;

* Ölkənin səhiyyə sistemi səfərbərliyə alındı, yubanmadan xaricdən dərmanlar, testlər, aparat və avadanlıqlar, zəruri laboratoriyalar alınıb gətirildi, Yeni Klinikanın açılışı sürətləndirilərək virusa yoluxmuş insanların müalicəsinə istiqamətləndirildi. Təkcə mart ayında ölkənin 3 şəhərində 3 yeni xəstəxana istifadəyə verildi, qısa vaxtda 6-sı dövlət , 4-ü isə özəl sahibkarlar tərəfindən tikilən və hər biri 200 çarpayılıq olan 10 müasir tipli modul xəstəxanalar inşa edildi;

* İyirmi mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə vətənə gətirilərək dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində, habelə sahibkarlar tərəfindən könüllü təqdim edilmiş istirahət məkanlarında karantinə alındılar.

Cənab İlham Əliyevin atdığı qabaqlayıcı addımlar sayəsində yoluxma zənciri vaxtında qırıldı, Azərbaycan bu sahədə də dünyada fərqli, uğurlu nəticə qazandı!


EVDƏN ÇIXMAYANLARA EVDƏ DÖVLƏT QAYĞISI


Xalqa "Evdə qal”, "Biz birlikdə güclüyük!” çağırışı ilə müraciət edən cənab İlham Əliyev müvəqqəti olaraq evdə qalan hər bir vətəndaşının yanında oldu!

Hər birinə dövlət qayğısı göstərməklə!

Hər birini maddi və mənəvi sıxıntıdan qorumaqla!

"Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyimini növbəti dəfə həqiqətə və reallığa çevirməklə!

İnsan hətta dövlətin çağırışı və icazəsi ilə evdə oturanda belə yeyir, içir, kommunal xərcləri ödəyir, kredit borcunu qaytarır və s.

Prezidentimiz bunların hamısını nəzərə aldı!

Bu məqsədə dövlət büdcəsindən böyük səxavətlə vəsait ayrıldı: 3,5 milyard manat!

Və bu vəsait müvafiq mexanizm yaradılmaqla qanunauyğun şəkildə hər bir vətəndaşa çatdırıldı!

Prezidentin formalaşdırdığı sosial-iqtisadi dəstək paketindən böyük sayda insanlar bəhrələndi:

* dövlət sektorunda 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanıldı;

* qeyri-dövlət sektorunda 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi;

* 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışanlara yaşayış minimumuna uyğun olaraq iki ay ərzində 190 manat verildi;

* ödənişli ictimai iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artırılaraq 90 minə çatdırıldı;

* 12 min nəfər özünüməşğulluq proqramına cəlb olundu;

* ünvanlı sosial yardım alanların sayı 36 min nəfərə yüksəldildi;

* banklar tərəfindən sahibkarlara yeni ayrılan kreditlərin 60 faizinə dövlət zəmanəti verildi;

* bütövlükdə, dövlətin, yardımı və köməyinin əhatə dairəsi 2,5 milyon ölkə vətəndaşına çatdırıldı!

Qısa şəkildə və rəqəmlərin dili ilə ifadə olunan bu addımlar, əslində, dövlətin daim xalqın yanında olduğunun, dar ayaqda onun bütün ehtiyac və çətinliyini qarşıladığının, xalq - iqtidar birliyinin növbəti əyani təzahürü sayılır!

Xalq öz Prezidentini bu ağır günlərdə bir daha sınadı və sevdi!


DÜNYA ƏHSƏN DEDİ!


İlham Əliyev böyük ürək, geniş qəlb sahibidir!

Azərbaycan xalqı bunu çoxdan bilir, hədsiz sevgi və razılıqla qarşılayır!

Koronavirus pandemiyası sınağında isə bunu bütün dünya da gördü, bildi və dəyərləndirdi!

Hazırda türk dünyasının sayılıb-seçilən liderlərindən biri kimi tanınan

İlham Əliyev bu ağır və sınaqlı günlərdə rəhbərlik etdiyi qurumları və köməyə ciddi ehtiyacı olan dövlətləri də unutmadı!

Qısa vaxtda bu bəlaya qarşı mübarizədə Azərbaycanın qazandığı müsbət təcrübəni bütün dünya ilə bölüşdü.

Hazırda rəhbərlik etdiyi iki böyük təşkilatın - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında zirvə görüşlərini keçirərək Azərbaycanın nümunəyə çevrilən təcrübəsini onlarla bölüşdü, pandemiyaya qarşı birgə mübarizənin konturlarını cızdı, ÜST-ə əlavə 5 mln. dollar vəsait verərək ən kasıb və ehtiyac duyan ölkələrə çatdırılmasını tövsiyə etdi!

Artıq Azərbaycan 13 ölkəyə və beynəlxalq təşkilata yardım göstərmişdir!

Azərbaycan Prezidenti İlham Əliyevin bu çətin, qorxulu və mürəkkəb dövrdə öz xalqı, Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri üçün gördüyü işlər hamı tərəfindən rəğbət və razılıqla qarşılandı, dünya bizim Prezidentə "əhsən” söylədi.

Bu qürurlu münasibət ona ünvanlanan məktub və müraciətlərdə dönə-dönə səsləndirildi.


POSTPANDEMİYA DÖVRÜNƏ DƏ HAZIRLIQ


Koronavirusdan zəruri qorunma taktikası dünya iqtisadiyyatına güclü zərbə vurdu!

Bu mənfi təsir hələ də davam etməkdədir!

Nələri nəzərdə tuturuq:

* ölkələr virusdan qorunmaq üçün sərhədlərini bağladılar, təyyarə uçuşları, iqtisadi və turizm əlaqələri kəskin şəkildə məhdudlaşdırıldı;

* xidmət sahələri, hotelçilik fasilə verməli oldu;

* bir sıra istehsal sahələri, çoxsaylı insanların birgə çalışdıqları müəssisələr dayanmaq məcburiyyətində qaldı;

* kütləvi tədbirlər, toy şənlikləri, idman yarışları qadağan edildi;

* neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ciddi maliyyə problemləri yaratdı;

* büdcəyə ödəmələrin azalması və dayanması qarşıdakı dövrdə ciddi çətinliklərdən xəbər verməkdədir!

Əlbəttə, bütün bunlar insanları qorumaq naminə atılan zəruri addımlar sayılsa da, iqtisadiyyatda durğunluq və geriləmə ilə nəticələnmişdir!

Dünya çox ciddi böhran ərəfəsindədir!

Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq iqtisadiyyatda yaranacaq fəsadları qarşılamaq və daha ağrısız keçirmək üçün önləyici tədbirlər görülmüş və görülməkdədir. Dövlət başçısının uzaqgörənliyi ilə yaradılan valyuta ehtiyatı, qeyri-neft sektorunun inkişafı sayəsində son dövrlərdə həyata keçirilən mühüm tədbirlər, sahibkarlığın inkişafına verilən dəstək və kənd təsərrüfatında mövsümi işlərin uğurlu aparılması Azərbaycanın gözlənilən iqtisadi böhrandan uğurla çıxacağından xəbər verir.

***

Pandemiyanın daha bir - üçüncü dalğası da gözləniləndir!

Azərbaycan dövlət başçısının önləyici tədbirləri sayəsində buna da hazırdır!

Bəladan itkisiz sovuşmaq mümkün deyil!

Ancaq indiyədək görülən işlər və qabaqlayıcı addımlar ölkəmizin yaxşı qorunanlar sırasında yer alacağından xəbər verir!

Çünki öndə İlham Əliyev kimi xalqını sevən, onu qorumağı bacaran, hadisələri qabaqlayan rəhbər vardır!


Bəxtiyar
SADIQOV




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM