Alternative content

17:28 06 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarşılıqlı etimada və etibara söykənən səmərəli əməkdaşlıq
Qarşılıqlı etimada və etibara söykənən səmərəli əməkdaşlıq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 03.06.2020


AİB-in ölkəmizə ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard dollardan çoxdur


Asiya və ümumiyyətlə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına dəstək vermək niyyəti ilə 1966-cı ildə yaradılmış Asiya İnkişaf Bankı (AİB) bu gün dünyanın iri, nüfuzlu və etibarlı maliyyə qurumlarından hesab olunur. Baş ofisi Manilada (Filippin) yerləşən bank 1999-cu ildən (ölkəmizin AİB-in üzvü olması tarixindən) Azərbaycanla qarşılıqlı etimada və etibara əsaslanan səmərəli əməkdaşlıq edir.

Əvvəl kredit, qrant və texniki yardım layihələri, eləcə də özəl sektor əməliyyatları səviyyəsində başlanmış bu əməkdaşlıq sonrakı illər genişlənərək iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələri, o cümlədən su təchizatı, yol, nəqliyyat, enerji, ucqar kənd yerlərində əhalinin, həmçinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını əhatə etmişdir. Təsadüfi deyil ki, AİB hələ 2013-cü ildə Azərbaycanı inkişaf edən ölkələr sırasında "C” kateqoriyasına yüksəltmişdir.

Bu baxımdan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə AİB-in prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın keçirilməsinin əhəmiyyəti böyükdür. Özü də təkcə ona görə yox ki, bankla ölkəmiz arasında hər iki tərəfi qane və məmnun edən səmərəli əlaqələr mövcuddur.

Həm də o səbəbdən ki, ilin-günün bu vaxtında - pandemiyanın dünyanın bütün ölkələrinin iqtisadiyyatına vurduğu görünməmiş ziyan üzündən hamının yardım üçün beynəlxalq maliyyə qurumlarına üz tutduğu indiki zamanda AİB kimi imkanlı bir bank Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə qərar verərək belə bir videokonfransın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu faktın özü bir daha Azərbaycanın beynəlxalq maliyyə qurumları arasındakı nüfuzunun nə dərəcədə yüksək olduğunu təsdiqləyir. Həmin nüfuz isə boş yerdən yaranmamışdır. O, ölkəmizdə iqtisadiyyatın intensiv inkişaf etməsinin, davamlı islahatlar aparılmasının, beynəlxalq maliyyə qurumları qarşısında öhdəliklərə əməl olunmasına ciddi yanaşılmasının nəticəsidir. Belə olmasaydı, sözügedən videokonfransda da səsləndirildiyi kimi, AİB rəhbərliyi gələcəkdə də ölkəmizdə həyata keçirilən bir sıra layihələrə kredit ayırmağa nəinki hazır olduğunu, hətta əlaqələrimizin ayrı-ayrı layihələrdən uzağa getdiyini bəyan etməzdi.

"Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Burada söhbət təkcə bir sıra layihələrdən getmir, həmçinin bizim birgə regional əməkdaşlığımız da mövcuddur. Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olmuşdur”. Bu sözləri AİB-in prezidenti M.Asakava videokonfransda səsləndirmişdir və göründüyü kimi, bank rəhbərlik səviyyəsində Azərbaycanla hərtərəfli, o cümlədən regional əməkdaşlığa yüksək qiymət verir.

Bugünümüzdə isə həmin əməkdaşlığın həm, necə deyərlər, çeşidi, həm də coğrafiyası genişdir. Bu barədə Prezident İlham Əliyev konfransda geniş məlumat verərək bildirmişdir: "...biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə

infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq”.

Bu yerdə xüsusi vurğulamaq lazımdır ki, AİB "Cənub qaz dəhlizi” layihəsini dəstəkləyən və ona maliyyə ayıran ilk maliyyə qurumudur. İndi bu layihənin icrası tamamlanmaq üzrədir. Artıq dəhlizin istifadəyə verilməsi çərçivəsində 3 layihə tamamlanıb, sonuncu olan Trans-Adriatik boru kəmərininsə 95 faizi çəkilib. Bütün işlərin vaxtında və keyfiyyətlə icrasında, sözsüz ki, AİB-in rolu danılmazdır və bu, Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. "Əlbəttə ki, biz "Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. ...Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi”. Bu sözləri Prezident İlham Əliyev videokonfransda AİB-in Azərbaycanla əməkdaşlığından danışarkən demişdir.

Amma AİB-lə ölkəmiz arasında əməkdaşlıq bunlarla da bitmir. Hazırda portfeldə suvarma və təhsillə bağlı icra olunacaq layihələr var. Bundan əlavə, yaxın gələcəkdə əməkdaşlıq çərçivəsində Azərbaycanın inkişaf perspektivlərindən olan özəl sektorun dəstəklənməsi, infrastrukturun yenilənməsi, kiçik və orta müəssisələrə yardım edilməsi kimi layihələrin icrası nəzərdə tutulur.

Regional layihələrə gəldikdə, Şimal-Cənub istiqamətində dəmir yolunun bərpasında Azərbaycanın AİB-in dəstəyinə ehtiyacı var. İndiyəcən ölkəmiz sözügedən dəhlizə böyük məbləğdə sərmayə yatırmışdır. Bunun sayəsində böyük potensialı olan dəhlizdən artıq istifadə edilir. Amma ölkəmiz bu zaman ciddi problemlə qarşılaşır. Məsələ bundadır ki, İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədəcən dəmir yolunun keyfiyyəti tələblərə cavab vermir. O üzdən qatarların sürəti aşağıdır: "Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməsin”, - deyən Prezident İlham Əliyev bu gün artıq Rusiya ilə sərhəddə tıxacların olmasını AİB rəhbərliyinin diqqətinə çatdırmışdır. Dövlət başçısı bunun səbəbini həm Azərbaycandan, həm də İrandan artan ixrac mallarının artıq yük maşınları ilə daşınmasının mümkün olmaması ilə izah etmişdir: "Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim”. Bu xahiş isə əsassız deyil. Prezident İlham Əliyev bununla Azərbaycanın daha bir regional layihədə əsas qovşaq ölkə olmaq istəyini ortaya qoymuşdur.

Özü də indidən demək olar ki, bu istəyin reallaşacağına, yəni ölkəmizin tranzit imkanlarının daha da artacağına şübhə yeri yoxdur. Bu qənaətə gəlməyə həm Azərbaycan Prezidentinin milli mənafe olan yerdə ardıcıllığı və prinsipiallığı, həm də AİB-in ölkəmizə olan etimad və etibarı imkan verir.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM