03 Iyun 2020 00:31
465
SİYASƏT
A- A+

Siz bütün cəbhələrdə qalibsiniz


Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü atdığınız qətiyyətli addımlar, vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər biz Qarabağ qazilərini Sizə minnətdarlıq etməyə, ehtiramımızı bildirməyə sövq etdi.

Astara rayonunda yaşayan biz Qarabağ qaziləri Dağlıq Qarabağda, eləcə də ölkəmizin digər sərhəd bölgələrində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə erməni silahlılarına qarşı cəsarətlə vuruşmuş insanlarıq. Biz düşməni görüb üzərinə getmişik. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz ən böyük qəhrəmanlıqdır. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma riski böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq tam normal, heç bir xəstəlik təhlükəsi hiss etmədən həyatımıza davam ediriksə, demək, xalqımız rəhbərliyinizlə artıq bu qorxunc xəstəliyə qalib gəlməkdədir.

Cənab Prezident! Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz haqlı olaraq qalib Prezidentimizlə qürur duyuruq.

Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaşbaş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, rəğbət və ehtiramımız birə min artır.

İnanırıq ki, dönməz iradəniz və qətiyyətinizlə düşmən tapdağı altında olan torpaqlarımız tezliklə işğaldan azad ediləcək, müqəddəs üçrəngli bayrağımız qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacaqdır. Bütün Azərbaycan xalqı kimi, biz astaralı Qarabağ qaziləri də bu yolda hər an Sizinləyik və Sizin hər bir əmrinizə müsəlləh əsgər kimi hazırıq.

Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Astara rayonunun Qarabağ qaziləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video