Alternative content

02:01 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
00:20 04.07.2020 BİLDİRİŞ
00:20 04.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət qayğısı Tərtəri şöhrətə qovuşdurub
Dövlət qayğısı Tərtəri şöhrətə qovuşdurub
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:25 03.06.2020


Tərtər rayonu cəbhə bölgəsidir, düşmənlə 48 kilometr təmas xətti var. Əhali düşmənlə üz-üzə, göz-gözə yaşayır, bütün risklərə baxmayaraq, təsərrüfat işləri ilə məşğul olur, tikinti-abadlıq işləri aparır. Rayonda dövlət-xalq-ordu birliyi çox güclüdür. 2016-cı ilin aprel hadisələri bunu bir daha sübut etdi. O zaman düşmən Tərtərin yaşayış məntəqələrini atəşə tutdu, Əskipara kəndinə ağ fosforlu bomba atıldı, evlər dağıldı, mülki şəhidlər verildi. Ancaq tərtərlilər öz doğma yurdlarını tərk etmədilər. Belə bir ağır zamanda Prezident İlham Əliyev ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə düşmənin 200 metrliyində müharibədən daha çox zərər çəkmiş Qapanlı kəndinin sakinləri ilə görüşə gəldi.

O həyəcanlı günlərdə güvəndiyi, gücünə, qüdrətinə inandığı dövlət başçısını yanında görən tərtərlilərin ürəyi dağa döndü. Hər bir ölkə vətəndaşının Prezidenti olacağını söyləyən İlham Əliyevin verdiyi tarixi vəd isə beləcə şərəflə doğrulurdu. Top mərmilərinin dağıtdığı yaşayış evlərinin vəziyyəti ilə yerində tanış olan, cəbhə bölgəsinin sakinləri ilə unudulmaz səmimi görüşlər keçirən Prezident İlham Əliyev səfərdən dərhal sonra xüsusi sərəncam imzaladı, rayonda dağılmış evlərin bərpası üçün 3 milyon manat vəsait ayırdı.

Dövlət başçısının qayğısı ilə 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş zərər ən qısa zaman kəsiyində aradan qaldırıldı. Müharibədən zərər çəkmiş şəhər 6 saylı Tam və Qazyan kənd ümumi orta məktəblər təmir olundu. Dövlət qayğısı sayəsində Tərtərdə aparılan tikinti, abadlıq, quruculuq işləri yenidən geniş vüsət aldı. Qayğının məntiqi nəticəsi olaraq 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla başa çatdırıldı. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün inzibati bina, Uşaq-gənclər şahmat məktəbi, 100 yerlik Körpələr evi-uşaq bağçası, Tərtər çayı üzərində yeni körpü inşa edilib rayon sakinlərinin istifadəsinə verildi.

2017-ci ilin 28 noyabrında Tərtər rayonuna növbəti səfəri çərçivəsində Prezident İlham Əliyev Tarix-diyarşünaslıq muzeyinin, 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin və Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılış mərasimlərində iştrak etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə tərtərlilərin fədakarlığına verdiyi yüksək dəyəri vurğulayan Prezident İlham Əliyev demişdir: "Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada-döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.

Dövlətin davamlı qayğısı bu cəbhə bölgəsində əhalini narahat edən sosial problemlərin uğurlu həllinə, elektrik enerjisi, mavi yanacaq və içməli su ilə təminat məsələlərinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərir, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının sürətli inkişafına təkan verir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin, xüsusilə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, bu sahədə əvvəlki şöhrətin qaytarılması çağırışına Tərtər kəndlisi sanballı əmək töhfələri ilə cavab verir. Son illər Tərtərdə pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq məqsədilə həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirlərinin nəticələri yetərincə fərəhlidir. Ötən təsərrüfat ilində 3.427 hektar sahədə pambıq əkilmiş, becərmədə aqrotexniki tələblərə ciddi əməl olunaraq tarlalarda bol məhsul yetişdirilməsi təmin olunmuşdur. Nəticədə 11.924 ton "ağ qızıl” tədarük edilmişdir. Hər hektar pambıq sahəsinin orta məhsuldarlığı 34.8 sentner olmuşdur ki, bu da ölkənin pambıqçılıq rayonları arasında qazanılan ən yüksək göstəricidir.

Ədalət naminə qeyd etmək lazımdır ki, Tərtər zəhmətkeşlərinin qazandıqları hünər ikiqat alqışa layiqdir. Ermənistan silahlı qüvvələri illərdi ki, digər ərazilərimizlə yanaşı, Sərsəng su anbarını da işğal altında saxlayır, Tərtər rayonunda kənd təsərrüfatının inkşafına, əkinlərin suvarma suyu ilə təmin olunmasına ciddi problemlər yaradırlar. Məkrli düşmənlərimiz öz mənfur xislətlərinə uyğun olaraq suya daha çox ehtiyac duyulduğu yaz aylarında, kənd təsərrüfatı bitkilərinin becərilməsi dövründə Tərtər çayına gələn suyun qarşısını kəsir, cəbhə bölgəsinin sakinlərini ciddi çətinliklərlə üz-üzə qoyurlar. Dövlət başçısının cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti tərtərlilərin üzləşdikləri bu çətinliklərdən asılılığını da əhəmiyətli dərəcədə yüngülləşdirir. Prezidentin imzaladığı sərəncamlar, ayırdığı vəsaitlər hesabına rayonun daha çox ehtiyac duyulan ərazilərində hər il yeni-yeni subartezian quyuları qazılır, əkinlərin su təminatı yaxşılaşdırılır. Minnətdarlıqla qeyd etmək lazımdır ki, hazırda rayon üzrə istismar olunan 531 subartezian quyusunun 150-si dövlət başçısının müvafiq sərəncamları ilə son illərdə vurulmuşdur. Tərtər kəndlisinin fədakar əməyi sayəsində 2019-cu ildə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 72 milyon 361 min manat təşkil etmişdir. Bu, əvvəlki illə müqayisədə 7.965 min manat çoxdur. Bunun 8 milyon manata yaxını yalnız pambıqçılıqdan əldə edilmişdir. Ötən mövsümdə 3.995 nəfər pambıq sahələrində çalışaraq evinə halal qazanc aparmışdır.

İndi yenə pambıqçıların qayğılı günləridir. Cari ilin məhsulu üçün 3933 hektar sahəyə çiyid səpilmişdir. Çiyid səpininin optimal müddətdə, yüksək aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, hər yerdə normal bitiş alınmışdır. Hazırda pambıq tarlalarında kompleks becərmə işləri müvəffəqiyyətlə davam etdirilir.

Pambıq Tərtər kəndlisinin firavan həyatı, xoş güzəranı olmaqla yanaşı, həm də şöhrət mənbəyidir. Rayonun qabaqcıl fermerlərindən Bəyimsarov kəndindən Fazil Vəliyev birinci dərəcəli, Qaraağacı kəndindən İlkin Qurbanov isə ikinci dərəcəli "Əmək” ordenləri ilə təltif olunmuşlar. "Əmək” ordeninə layiq görülənlər arasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da olması, əslində, bütün rayon zəhmətkeşlərinin əməyinə verilən yüksək qiymətdir.

Tərtərdə pambıqçılıqla yanaşı, aqrar sektorun digər sahələrinin inkşafına da böyük önəm verilir. Keçən il 42.352 ton buğda, 11.936 ton şəkər çuğunduru, 6584 ton günəbaxan dəni, 4.515 ton kartof, 15.741 ton tərəvəz, 10.530 ton meyvə və giləmeyvə istehsal olunmuşdur. Gəlirli sahə olan baramaçılıqda böyük uğurlar qazanılır. Əgər 2016-cı ildə rayonun təsərrüfatlarında 1 ton barama tədarük olunmuşdursa, keçən il bu rəqəm 18.3 tona çatdırılmışdır. Baramaçılıqda cari ilin hədəfi isə 20 ton səviyyəsini keçməkdir.

Dövlət qayğısı Tərtər rayonunda dinamik iqtisadi inkişafı təmin etmişdir. 2003-cü ilə nisbətən 2019-cu ildə məhsul buraxılışının həcmi 6,6 dəfə, əhalinin gəlirləri 5,6 dəfə, orta aylıq əməkhaqqı 12.5 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 4.9 dəfə artırılmışdır. Son altı ildə 3.992 yeni fərdi sahibkarlıq subyekti yaradılmış, 13.457 yeni iş yeri açılmışdır. Bu dövrdə 33 yaşayış məntəqəsi qazlaşdırılmış, rayon əhalisi 100 faiz təbii qazla təmin olunmuşdur.

Rayonda təsərrüfat işləri ilə yanaşı, tikinti, abadlıq, quruculuq işləri də müvəffəqiyyətlə davam etdirilir. Son beş ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina və 25 nəfərə fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir. Hazırda Qarabağ əlilləri və şəhid ailələri üçün 31 fərdi yaşayış evinin tikintisi davam etdirilir. 10 cəbhəyanı kəndi birləşdirən uzunluğu 33.5 kilometr olan Səhlabad - Əskipara -Qaraağacı-Yuxarı Qaradağlı- Qapanlı - Qaynaq -Yuxarı Qapanlı - Qazyan - Təzəkənd - Hüsənli kəndarası avtomobil yolu yenidən qurulur.

Son illər ərzində 112 ictimai yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunmuş, həyətləri bütünlüklə asfaltlanmışdır. Dörd küçədə abad məhəllə yaradılmış, iki futbol meydançası quraşdırılmışdır.

Dövlətin qayğısından güc alan tərtərlilər doğma yurdun hər qarışını cənnətə döndəriblər. Düşmənlə üz-üzə yaşayan insanların yüksək əhvali-ruhiyyəsi, əmək qələbələri bu bölgəyə yolu düşən hər kəsi heyran edir. Tərtərlilər dövlətə və Prezidentə hər zaman sədaqətli olmaqla, xalq-dövlət birliyinin sarsılmazlığını parlaq şəkildə təcəssüm etdirirlər.

Lazım QULİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM