Alternative content

03:49 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
00:20 04.07.2020 BİLDİRİŞ
00:20 04.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyan əsas virus yayıcısına çevrilib
Paşinyan əsas virus yayıcısına çevrilib
ANA SƏHİFƏ / SİYASƏT
00:23 03.06.2020


Ermənistanın baş naziri Dağlıq Qarabağda insanları xəstəliyə yoluxdurub


Ermənistanda koronavirusa yoluxanların sayının sürətli artımı bu ölkəni daha çətin duruma salmağa başlayıb. Hazırda ölkədə virusa yoluxanların sayı 10 mini keçir. Pandemiya qurbanlarının ümumi sayı 170-ə yaxınlaşır. Bu arada xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyana da koronavirus diaqnozu qoyulub. Hökumət başçısı özünün "Facebook” səhifəsində canlı yayımda bu xüsusda bildirib: "İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”.

Paşinyan yoluxduğu yeri də açıqlayıb: "İşgüzar müşavirədə yoluxduğumu düşünürəm. Bilirsiniz, belə müşavirələrdə su ilə stəkan qoyurlar. Mən fikir verdim ki, stəkanları əlcəksiz qoyublar. Yerindəcə danladım və stəkanları dəyişmələrini istədim”.

Amma "Vahid Ermənistan” partiyasının həmtəsisçisi Artur Qazinyan "Facebook” hesabında məsələnin daha maraqlı məqamlarına nəzər salıb: "Paşinyan Dağlıq Qarabağdakı ziyafətdə artıq virus daşıyıcısı idi və çox güman ki, bütün tədbir iştirakçılarını, o cümlədən yüksək rütbəli hərbçiləri yoluxdura bilib”.

O, ictimaiyyətin böyük əksəriyyətinin bu barədə dərin şübhəsini, Paşinyanın özünün yaratdığı vəziyyətin qurbanı olması üçün psixoloji cəhətdən hiyləyə əl atmasının mümkünlüyünü bir kənara qoyub, tamamilə fərqli məqamla maraqlanır: "Xatırlayırsınızsa, 10 gün əvvəl Dağlıq Qarabağda erməni siyasi "elitası” maskalar, əlcəklər olmadan və sosial məsafəyə qoyulan minimum tələblərə əməl etmədən ziyafətə qatıldılar. Mütəxəssislərin fikrincə, virusun inkubasiya dövrü ən az 14 gün davam edir. Yəni Paşinyanın ziyafətdə artıq bir virus daşıyıcısı olduğunu iddia etmək olar və o, digər ziyafət iştirakçılarını da yoluxdurmağı yəqin ki, bacarıb. Əgər Ermənistanın daxili və xarici təhlükəsizliyinin rəsmi qarantı olan şəxs özünün və ailəsinin sağlamlığını, təhlükəsizliyini təmin edə bilmirsə, o zaman vətəndaşlarımız müdafiə olunduqlarına necə əmin ola bilərlər? Bu, Paşinyanın Ermənistanın tarixində ən qeyri-ciddi, məsuliyyətsiz baş nazir olduğunu söyləməyə əsas verən yeni bir rekordudur. Və Paşinyan bununla "qürur” duya bilər”.

Ermənistan Respublikaçılar partiyasının üzvü Artak Zakaryan isə qeyd edir: "Hörmətli baş nazir. Təəssüf edirəm ki, səndə və ailə üzvlərində koronavirus infeksiyası qeydə alınıb. İki ildir səninlə dövlətimizin indisi və gələcəyi üçün siyasi mübarizə aparırıq. İki ildir davamlı şəkildə sən sübut edirsən ki, biz təəssüflər olsun haqlıyıq. Niyə təəssüflər olsun dediyimi özün yaxşı bilirsən və hər şeyi daxildən görürsən. Açıq-aydın yanlış yollarla sona qədər getmək məcburi deyil, hətta gecikmə ilə dayanmaq, geri qayıtmaq və hər şeyi düzəltmək olar”.

Ermənistanın "Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan da vəziyyətin qəliz olduğunu bildirir: "Ermənistanda virusla bağlı vəziyyət dəhşətli istiqamətdə inkişaf edir. Ötən həftənin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib”.

O qeyd edib ki, bu dəfə də Paşinyan maska taxmayan və sosial məsafəni gözləməyən insanları günahlandırıb: "Lakin məgər maska taxmaq infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün kifayət idi və ya ayrılıqda götürülmüş vətəndaşın karantin tədbirlərinin ləğv olunması şəraitində sosial məsafəni gözləmək imkanı var idi?” Çalabyan bildirib ki, Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin may ayı ərzində uğursuz olduğunu göstərir.

Erməni ictimai xadim, dramaturq Karine Xodikyan isə hesab edir ki, Ermənistan koronavirus sınaq imtahanını verə bilməyib. Bildirib ki, Ermənistan səlahiyyətliləri indiyə qədər vətəndaşların məsuliyyət miqyasının nə qədər olduğunu bilmirsə, deməli, onlar öz iş ofisindən çıxmayacaqlar: "Pasxa günlərinin səhnələrindən sonra komendant ofisi müvafiq nəticə çıxarmadı, mən bu günlərdə komendant ofisinin işini hətta 3 olaraq qiymətləndirməyəcəm, qənaətbəxş deyil. Küçələrdə nə baş verdiyini necə görməmək olardı? Mən yazdım ki, 10-12 gün sonra alovlanma olacaq. Mən mütəxəssis olmayaraq bənzər proqnoz vermişdim”.

Bütün bunlar pandemiyanın Ermənistanı tam çökdürməkdə olduğunu göstərir.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM