Alternative content

17:30 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadiyyat Nazirliyi: 1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub
İqtisadiyyat Nazirliyi: 1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:11 02.06.2020

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda "Ballı market”də, "Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda "Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, "X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda "Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda "Yeni Bakı” kafesində, Xətai rayonunda "Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda "Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda "Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda "Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda "Dokta” aptekində, Göygöl rayonunda "Helenendorf” otelində və "Oba market”də, Masallı rayonunda "44 Dönər Evi”ndə, "Hector” mağazasında, "Karal” oteldə, Zaqatala rayonunda "Kibel” parfümeriya mağazasında, "Meydan” kafesində, "Ekonom Univermaq”da, Ağdam rayonunda "Zeytun” aptekində, "İstanbul kafe”də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM