Alternative content

09:54 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:18 10.07.2020 Sənətkar ömrü
00:17 10.07.2020 Borcumuzdur bu ehtiram...
00:16 10.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilir
Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilir
ANA SƏHİFƏ / DÜNYA
15:57 02.06.2020

ABŞ-ın paytaxt Kolumbiya dairəsində hərbi helikopterlər gecə ərzində bir neçə dəfə kütləvi etiraz aksiyaları iştirakçılarının üzərindən uçub.

AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, aşağı hündürlükdən uçan helikopterlər güclü səs çıxarır və havaya çoxlu toz qaldırır. Bu cür taktika insanları qorxutmaq məqsədi daşıyır. Şahidlərin sözlərinə görə, bunun üçün "UH-60 Black Hawk” və "UH-72 Lakota” helikopterlərindən istifadə olunub.

ABŞ KİV-ləri Prezident Donald Trampın iğtişaşların qarşısının alınması üçün ordunun cəlb edilə biləcəyi barədə bəyanatından sonra iyunun 2-nə keçən gecə Vaşinqton küçələrində hərbçilərin göründüyünü yazırlar. "Stars and Stripes” qəzetinin məlumatına görə, Kolumbiya dairəsinə polis və hərbi mühəndis dəstələri yeridilib, lakin onlar hələlik şəhər ətrafındadır. "USA Today” qəzeti isə öz növbəsində paytaxt küçələrində hərbi texnikanın və hərbçilərin göründüyü barədə xəbər yayıb.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp federal hökumətin son günlər böyük iğtişaşların baş verdiyi rayonlarda asayişin bərpa edilməsi üçün silahlı qüvvələrdən istifadə etməyə hazır olduğunu deyib. Lakin paytaxt regionu xaricində bunu etmək üçün ştat qubernatorunun icazəsi olmalıdır.

Qeyd edək ki, Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ-ın Minneapolis və digər şəhərlərində iğtişaşlar başlayıb. Kütləvi etiraz aksiyaları səbəbindən ölkənin 40-a yaxın şəhərində komendant saatı tətbiq olunub. ABŞ Milli Qvardiyası yüksək hazırlıq səviyyəsinə gətirilib. Asayişin qorunmasına qvardiyanın 5 minə yaxın əməkdaşı cəlb edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM