Alternative content

20:33 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb
Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
15:20 02.06.2020

Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb.

AZƏRTAC Formula 1 şirkətinin saytına istinadla xəbər verir ki, qurum təşkilatçıların və komandaların nümayəndələri ilə müzakirələr apardıqdan sonra qərarını açıqlayıb.

Qərara əsasən yarışın yeni mövsümünə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-Prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-dək və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.

Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi.

Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.

Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Azərbaycan, Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM