Alternative content

06:29 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BP-nin qlobal maye karbohidrogen hasilatında Azərbaycanın payı 7 faizdir
BP-nin qlobal maye karbohidrogen hasilatında Azərbaycanın payı 7 faizdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:17 02.06.2020

BP-nin törəmə şirkətlərinin dünyanın müxtəlif yerlərində maye karbohidrogen hasilatında Azərbaycanın xalis payı 7 faizdir.

AZƏRTAC BP-nin "2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”na istinadla xəbər verir ki, şirkətin hasilat portfelində hər ikisi 42 faiz olmaqla ABŞ və digər ölkələr (digər ölkələrə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya daxildir) ilk sırada, Avropa isə 9 faizlə sonrakı pillədə qərarlaşıb.

BP qlobal miqyasda gündəlik ümumilikdə 1 milyon 46 min barrel xam neft və 104 min barrel təbii qaz mayesi (şirkətlərin iştirak payı istisna olmaqla) hasil edir.

Qeyd edək ki, BP 1995-ci ildə əməliyyatların başlamasından bəri (ötən ilin sonuna kimi) Azərbaycanda "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC), "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinə 75 milyard dollar əsaslı xərclər çəkib.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,7 milyard barrelə (500 milyon tondan çox) çatıb.

1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ilk rübünün sonunadək BTC ilə ümumilikdə 455 milyon tondan çox (təxminən 3,41 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4457 tankerə yüklənərək dünya bazarına göndərilib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağından indiyədək 28 milyon ton kondensat əldə edilib. "Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 121 milyard kubmetr təbii qaz hasil olunub.

Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) sutkalıq orta ötürücülük gücü 33,6 milyon kubmetr təbii qaz təşkil edib. Boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” təbii qazını çatdırır.

BP Azərbaycanda əməliyyatlara başladıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarla birlikdə sosial proqramların həyata keçirilməsinə 86 milyon dollar xərcləyib. BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları cari ilin birinci rübündə Azərbaycandakı sosial investisiya layihələrinə 1 milyon dollar sərf edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM