Alternative content

05:26 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin növbədənkənar sessiyası başladı
Parlamentin növbədənkənar sessiyası başladı
ANA SƏHİFƏ / PARLAMENT
00:45 02.06.2020


İyunun 1-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Spiker Sahibə Qafarova iclası açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.


Sosial şəbəkədə müzakirələr cinayət hüququna zidd şəkildə aparılır


Deputatlar əvvəlcə onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər. İlk söz alan deputat Nurlan Həsənov bildirdi ki, son dövrlər sosial mediada müzakirələrin qəddarcasına, ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə aparılması hallarının artması müşahidə olunur. Sosial şəbəkələrin qanunla tənzimlənməsinin vacibliyi barədə fikirlərini diqqətə çatdıran deputat bu istiqamətdə Almaniyanın təcrübəsini diqqətə çatdırdı.
Azər Badamov isə avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamənin ləğv edilməsini təklif etdi. Onun sözlərinə görə, etibarnamə sovet dövründən qalma məsələdir və inkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün bu cür etibarnamə verilməsi sistemi yoxdur. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib onu tapmaq mümkündür.


Dövlət başçısının fikirləri milli iftixar duyğusu yaradır


Deputat İsa Həbibbəyli Prezident İlham Əliyevin "Qobu Park-3” yaşayış kompleksinin açılışındakı çıxışı ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, cənab Prezidentin 20-ci əsrin əvvəlləri ilə bağlı fikirləri elmi əsaslara söykənir və tarixi faktlar da bunu təsdiq edir.
Ölkə rəhbərinin fikirləri milli iftixar duyğusu yaratmaqla bərabər, tarixin dərslərindən nəticə çıxarıb dövlətçiliyimizi inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdıran İsa Həbibbəyli bu işlərin mümkün qədər tezləşdirilməsini, həmçinin virusun xaricdən gəldiyini nəzərə alaraq, beynəlxalq uçuşlarla müqayisədə Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif etdi.
Deputat Razi Nurullayev ictimai nəzarətlə bağlı fikirlərini bildirdi. Dövlət qurumlarında ictimai şuraların yaradılmasını, deputatlardan ibarət nəzarət mexanizmlərinin formalaşdırılmasını təklif etdi. Aqil Abbas isə kitabxanaların ləğvinin, həmçinin kitabxana işçilərinin ixtisar edilməsinin yolverilməz olduğunu bildirdi.


Aprel döyüşləri Ermənistan cəmiyyətini parçaladı


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ermənistanda aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqatla bağlı danışdı. Bildirdi ki, işğalçı ölkədə aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itiriblər. Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən gedib, eləcə də istintaqa çağırılıblar. MDB Kollektiv Təhlükəsizliyinə 2017-ci ildə baş katib təyin olunub, amma bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahat verməyə çağırılanlar sırasındadır: "İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və ermənilər aprel müharibəsinə görə cəza tələb edirlər. Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin 4 günlük müharibəsinin nəticəsidir. Ermənistanın inqilabi hakimiyyəti aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır. Nəticə bizim xeyrimizədir”.


Məcburi köçkünlərə faizsiz ssudaların ayrılması təklif olunur


"Bu gün Azərbaycanda məcburi köçkünlərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir, onlar üçün müasir qəsəbələr və yaşayış kompleksləri tikilir. Bununla yanaşı, məcburi köçkünlərə fərdi ev tikmək üçün torpaq sahələrinin və faizsiz ssudaların ayrılması onların problemlərinin həllinə böyük dəstək olar”.
Bunu isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirdi. Onun sözlərinə görə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunda bu məsələ nəzərdə tutulur: "Həmin qanunda yazılıb ki, yaşayış yerindən asılı olaraq məcburi köçkünlərə yaşamaq üçün torpaq sahəsi və faizsiz ssuda ayrılsın ki, onlar özləri üçün fərdi mənzillər tikə bilsinlər. Elə yerlər var ki, orada məcburi köçkünləri kompakt şəkildə köçürmək mümkün deyil. Ona görə də yaxşı olardı ki, rayonlarımızın ərazisində ayrı-ayrı yerlərdə məskunlaşmış və təsərrüfatla məşğul olan məcburi köçkünlərə bu ssudaların verilməsi üçün fond yaradılsın, həmin torpaqda özlərinə fərdi evlər tiksinlər və beləliklə də onların sosial həyat şəraiti də yaxşılaşsın”.


İlham Əliyev demokratik cümhuriyyətin Prezidentidir


"İndi üç-beş adam özünü demokratik cümhuriyyətin varisi hesab edir. Ancaq demokratik cümhuriyyətin varisi bizik”. Bunu isə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi. Onun sözlərinə görə, bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir: "Bugünkü müstəqil Azərbaycan Prezidenti həm də demokratik cümhuriyyətin Prezidentidir. Həmin yolun davamçısıdır. Bu gün demokratik cümhuriyyətdən xəbəri olmayanlar indi özlərini varis hesab edirlər. Onlar kimdirsə bunu özləri müəyyənləşdirsinlər. Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır. Erməni lobbisi ilə birləşib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlardır. Onlardan hansı demokratik cümhuriyyətin varisi ola bilər ki?”
Sosial şəbəkələrlə bağlı çıxış edən Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirdi ki, son zamanlar ölkəmizin nüfuzlu insanlarına qarşı terrora çağırışlar edilir. Qeyd etdi ki, ən çox təhqirə məruz qalan şəxslərdən biri məhz odur: "Hesab edirəm ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsinə ehtiyac var. Milli Məclisin müvafiq komitəsi tərəfindən bununla bağlı işlər görülməli və tanınmış hüquqşünaslar bu işə cəlb olunmalıdırlar”.
Adil Əliyev dedi ki, hazırda dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var: "Sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri oradadır. Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır”.
Müzakirələr zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Ceyhun Məmmədov, Erkin Qədirli, Anar İsgəndərov, Rauf Əliyev, Sahib Alıyev, Aydın Mirzəzadə, Azər Kərimli, Fazil Mustafa, Məlahət İbrahimqızı, Jalə Əliyeva və Arzu Nağıyev bir sıra məsələlərə dair fikirlərini bildirdilər.


Məqsəd vətəndaşları qorumaqdır


Sonra gündəlikdəki məsələnin müzakirəsi başladı. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş) Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məlumat verdi.
Müzakirələr zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Azər Badamov, Razi Nurullayev, Əli Məsimli, Cavid Osmanov, Musa Qasımlı, Ceyhun Məmmədov, Naqif Həmzəyev qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər və təkliflərlə çıxış etdilər. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir. Onun sözlərinə görə, burada məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır.
Müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM