02 Iyun 2020 00:36
1247
SİYASƏT
A- A+

Mütərəqqi dövlət siyasəti gənclərə geniş imkanlar yaradıb



Hər bir ölkədə və cəmiyyətdə gənclik böyük qüvvə sayılır. Çünki bugünkü gənclik sabahın inkişafı, dövlətin və dövlətçiliyin qüdrətlənməsi, milli genefondun qorunması deməkdir. Ona görə də təsadüfi deyil ki, hər bir ölkənin inkişafı və qüdrətlənməsi bir çox amillərlə yanaşı, gənclərin inkişaf səviyyəsi ilə də bağlıdır.
Ulu Öndər Heydər Əliyev gənclərin cəmiyyət həyatındakı rolunu düzgün qiymətləndirirdi. Təsadüfi deyil ki, Heydər Əliyev 1993-cü ildə respublikamıza yenidən rəhbərliyə başlayandan sonra atdığı ilk addımlardan biri gənclərlə bağlı yeni dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə əvvəlki hakimiyyətlərin dövründə buraxılmış kobud səhvlərin acı nəticələrinin aradan qaldırılması oldu. Heydər Əliyevin təməlini qoyduğu yeni gənclər siyasətində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində hərtərəfli tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında vəzifə kimi qoyuldu.
1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. I Forumda iştirak edən Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Heydər Əliyevin bu sözləri hər bir gəncin həyat kredosu oldu. Eyni zamanda geniş meydan verilməsi nəticəsində gənc nəslin təmsilçiləri dövlət quruculuğunda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməyə başladılar.
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Fərəhli haldır ki, bu siyasət 17 ildə müasir dövrün çağırış və tələblərinə uyğun olaraq keyfiyyətcə yeni mərhələyə qaldırılıb. Gənclərin adı ilə bağlı dövlət qurumu - Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, 200-ə yaxın gənclər təşkilatı, o cümlədən son illərdə yaradılan gənclər evləri, gənclərlə bağlı ardıcıl qəbul edilən dövlət proqramları Azərbaycanda gənc nəslə olan yüksək qayğını özündə əks etdirir.
Azərbaycan iqtisadi yüksəlişinə görə dünyada aparıcı ölkələrdən biridir. Bu nailiyyət gənclərlə bağlı məsələlərin qısa müddət ərzində həyata keçirilməsinə təkan verdi. Bu baxımdan gənclər proqramlarına əsasən daim yeni proqram və layihələr həyata keçirildi. Gənclər evlərinin yaradılması da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən həyata keçirilən layihələrdəndir. Həmin layihə bu gün də uğurla davam etdirilir. Artıq 40-dan çox Gənclər evi sosial xidmət müəssisələri şəbəkəsi kimi səmərəli fəaliyyət göstərir. Gənclər evlərinin yaradılmasında əsas hədəf kimi ilk növbədə gənclər arasında sağlamlığın, təhsilin, ailə və ictimai münasibətlərin təbliğ olunması, onların məşğulluğunun təmin edilməsidir. Həmçinin gənc kadrların hazırlanması prosesi diqqət mərkəzində saxlanılır. Belə ki, gənclər burada təşkil olunan peşəyönümlü dərnəklərdə, kurslarda həvəslə iştirak edirlər. Əlillərə də xüsusi diqqət yetirilir. Onların əl işlərindən ibarət sərgilər təşkil edilir. Xüsusilə ölkəmizin tarixi, əlamətdar günləri ilə bağlı tədbirlər keçirilir.
Biz gənclər unutmamalıyıq ki, sabahın təməli bu gün qoyulur. Əldə olunan uğurlarımızla özümüzü, ətrafımızdakıları daha yaxından tanıyırıq. Bakı Gənclər Mərkəzinin kollektivi də üzərinə düşən vəzifələrin məsuliyyətini, aktuallığını dərk edir. Mərkəzin binasında 300 nəfərlik konfrans zalı, elektron kitabxana, gənclər kafesi, kinozal, dərnək otaqları yerləşir. Kreativ gənclərdən ibarət kollektivimizdə böyük ruh yüksəkliyi var. Onlar mərkəzdə əsl yaradıcılıq mühitini yarada bilmişlər. Qarşıda maraqlı layihələrimiz var və onların həyata keçirilməsi üçün səylərimizi daha da gücləndiririk.
2020-ci il ölkəmizdə "Könüllülər ili” elan olunub. Gənclərin bir çox sahələrdə ilk dəfə könüllü kimi fəaliyyəti onların gələcəkdə işlə təmin edilməsinə təkandır. Prezident İlham Əliyev bu barədə bildirib: "Bu, insanlara və dövlətə ürəkdən gələn, təmənnasız kömək etmək hərəkatıdır. Mən bunu belə qəbul edirəm və şadam ki, artıq Azərbaycanda könüllülər institutu formalaşıb”.
Gənclər evlərində də könüllülər klubu yaradılıb. Hər bir gənc bura müraciət etməklə könüllü surətdə tədbirlərin təşkilində iştirak edir, təcrübə qazanır. Ümumiyyətlə isə Gənclər evinin yeni, müasir düşüncəli, milli-mədəni dəyərlərimizi, tariximizi, məişətimizi dərindən bilən, ictimai həyatımızda fəal həyat mövqeyi ilə seçilən gənclərə böyük ehtiyacı var.
Ötən il Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu olduğunu, gənclərin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini, ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini qeyd edərək deyib: "Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.
Gənclik sağlam təməl üzərində yaranıb inkişaf edirsə, dövlət və gənclər siyasəti sarsılmaz bir qüvvəyə çevrilir. Prezident İlham Əliyevin bu sözləri gənc nəslə inkişaf etmələri, cəmiyyət həyatında daha fəal olmaları ilə bağlı edilən müdrik tövsiyədir.
Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün geniş qapılar açıb. Dövlətimiz gənclərin məhz sağlam dəyərlər və təməllər üzərində yetişməsində maraqlıdır. Mənəvi, fiziki gücə malik olan gənclərimiz də bu imkanlardan səmərəli yararlanmalı və zamanın nəbzini tutmağı bacarmalıdırlar. Ömrün yeganə baharı olan gənclik illərini hər kəs gözəl və mənalı yaşamalıdır. Gənclik həm də sağlamlıqdır, gözəllikdir, sonsuz ümiddir. Əminik ki, gənclərimiz dövlətin onlara göstərdiyi etimadı və üzərlərinə düşən öhdəlikləri bundan sonra da şərəflə doğruldacaqlar.

Nərgiz BABAYEVA,
Bakı Gənclər Mərkəzinin direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video