02 Iyun 2020 00:33
994
SİYASƏT
A- A+

Gənclər dövlət başçısına güvənir



Xalqımız bütün dövrlərdə taleyüklü məsələlərin həllində daim dövlətinin və onun başçısının yanında olub. Azərbaycan Prezidenti İlham Əliyev hər bir vətəndaşının ona güvəni qarşısında mətinliklə, əzmkarlıqla dayanaraq, "göydən gələn gözəgörünməz bəla”dan - koronavirus (COVID-19) pandemiyasından xilas üçün ön sırada mübarizə aparır, "soyuq müharibə”nin gətirdiyi fəsadlardan az zərərlə çıxmaq üçün yollar axtarır və şükürlər olsun ki, atılan hər addım uğurla nəticələnir.
Dövlət başçısı İlham Əliyevin, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinin cavabsız qalmaması da xalq-hakimiyyət birliyinin növbəti dəfə təcəssümüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn təşəkkür dolu məktublara gəlincə, onlar yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər də bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır ki, bu bəladan da tezliklə çıxacaq, birlikdə, həmrəylik nümayiş etdirərək ölkənin ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.
"Mən bir Azərbaycan gənci kimi ölkəmizdə aparılan uğurlu siyasəti, xalqın rifahının yaxşılaşdırılması üçün atılan addımları qürur hissi ilə izləyir və fəxr edirəm ki, dövlətimizin belə uzaqgörən lideri var. Hörmətli Prezident, Siz təkcə ölkə daxilində yox, həm də xaricdəki vətəndaşlarımızın yaxşı yaşaması üçün lazımi, zəruri addımları atır, beynəlxalq arenada xalqımızı ən yüksək səviyyədə təmsil edirsiniz”.
Bu sətirlərin müəllifi Qara Kərimov da gəncdir və YAP-ın Yasamal Gənclər Birliyinin fəal üzvlərindəndir. Məktubundan oxuyuruq: "Şahidik ki, Sizin siyasətinizdə gənclər necə mühüm yer tutur. Ölkəmizdə gənclərin özlərini göstərə bilmələri üçün hər cür imkan var. Bu imkanlar genişləndirilməkdə davam edir. Siz dəfələrlə öz çıxışlarınızda biz gənclərə dəstəyinizi ifadə etmiş, nəsihətamiz ifadələrinizlə yolumuza işıq saçmısınız!
Hörmətli Prezidentimiz! Bu günlərdə Sizin uzaqgörən siyasətinizin bir daha şahidi olduq. COVID-19 pandemiyası ilə mübarizə şəraitində atdığınız addımların nəticəsində bu gün ölkəmiz virusdan ən az zərər çəkənlər sırasındadır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə atılan addımları təqdir edib, digər dövlətləri də Azərbaycandan örnək almağa səsləyib.
Sizin "Biz birlikdə güclüyük!” şüarınız bu günlərdə xalqımızı bir daha yumruq kimi bir-birinə bağladı! Mən inanıram ki, Sizin kimi liderin rəhbərliyi ilə xalqımızın öhdəsindən gələ bilməyəcəyi çətinlik, məğlub edə bilməyəcəyi düşmən yoxdur.
Sizə xalqımız qarşısında göstərdiyiniz xidmətlərə görə Azərbaycan gənclərinin dərin minnətdarlığını bildirirəm. Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzu edirik!”
Əli Babazadə də siyasi məsləkdaşları kimi Azərbaycan Prezidentinin pandemiyanın qarşısının az itkilərlə alınması istiqamətində atdığı addımları dəstəklədiyini və bununla bağlı təşəkkürünü bildirərək yazır ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq bir gənc kimi hər zaman Sizin xalqımıza, o cümlədən biz gənclərə göstərdiyiniz diqqət və qayğıdan kənarda qalmadığımız üçün uğurlu siyasətinizi dəstəkləmişik: "Son 2 ay ərzində bütün dünyada daha şiddətli xarakter alan koronavirus ölkəmizə də təsirsiz ötüşmədi. Bütün bunlara baxmayaraq, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə Azərbaycan pandemiyaya qarşı mübarizədə dünya üçün bir nümunəyə çevrildi. Ən qabaqcıl dünya ölkələrinə belə virus dağıdıcı zərbələrlə təsir etdi. Bu ölkələrdə vətəndaş narazılığını artırdı. Azərbaycanda isə sosial izolyasiya tədbirlərinin ciddi təşkili və buna nəzarət nəticəsində ölkəmizə virus minimum səviyyədə təsir göstərdi.
Möhtərəm Prezident! Dövlətin belə çətin günlərdə sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşının yanında olması, ona maddi və mənəvi dəstək göstərməsi, virusa qarşı mübarizədə tibbi xidmətlərin yüksək səviyyədə təşkili məhz Sizin siyasətinizin nəticəsidir. Hər zaman xalqın yanında olduğunuz üçün biz gənclər də Sizinləyik, birlikdəyik - həmrəyik! Sizə bu çətin işlərinizdə uğurlar arzu edirik!”
Taleh Mansurovun məktubundan bəzi sətirlərə diqqət yetirsək görərik ki, doğrudan da, gənclik dövlət başçısının siyasətini birmənalı şəkildə dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin gənclər siyasətindən bəhrələndikləri üçün onlar Vətənə layiqli övlad olmağı özlərinə mənəvi borc bilirlər: "Hörmətli Prezident! Mən, ilk növbədə, bir Azərbaycan vətəndaşı, gənc, tələbə olaraq Sizə minnətdarlıq məktubunu yazmağı özümə borc bildim. Dünyamızda baş verən virus böhranı Azərbaycandan da yan keçmədi. Lakin bu virusun gətirdiyi ağır və çətin günlərdən də xalq-iqtidar birliyi nəticəsində ən az itkilərlə çıxmağı bacaracağıq. Bu dövr ərzində kiçik və orta sahibkarlara dövlət dəstəyi, işsizlikdən əziyyət çəkənlərə sosial sığorta vəsaitinin ayrılması, onlayn dərs prosesinin gücləndirilməsi, dezinfeksiya işlərinin davamlı şəkildə aparılması, Sizin göstərişinizlə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və onun təxirəsalınmaz tədbirlər görməsinin nəticəsidir ki, Azərbaycan dünyada pandemiyanın ən az əziyyət çəkdiyi ölkələrdən biridir.
Dəyərli Ali Baş Komandan! Sizin görünməyən düşmənə qarşı müharibədə güclü və uzaqgörən siyasətiniz sayəsində Azərbaycanda vəziyyət stabil olaraq qalır. Pandemiyanın dünya iqtisadiyyatına və o cümlədən də Azərbaycanın iqtisadiyyatına vurduğu ziyanlara baxmayaraq, Sizin "Heç bir sosial layihə təxirə salınmayacaq” fikriniz bir daha göstərdi ki, dövlətimizin və hökumətimizin diqqət mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı və sağlamlığı durur.
YAP gənclərindən biri kimi Sizə öz təşəkkürümüzü bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq!”

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video