02 Iyun 2020 00:32
716
CƏMİYYƏT
A- A+

Lerikli könüllülərin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Lerik rayonunda da könüllü qruplar yaradılıb və onlar öz fəaliyyətini uğurla davam etdirirlər.

Rayonda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə yaradılmış mobil qruplara 152 nəfər könüllü qoşulub. Burada fəaliyyət göstərən gənc könüllülər koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə istər şəhərdə, istərsə də digər yaşayış məntəqələrində yaşayan tənha vətəndaşları, aztəminatlı ailələri nəzarətdə saxlayaraq, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.

Könüllü qruplar yüzlərlə tənha insana, aztəminatlı və şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkərək, onlara ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar, tibbi ləvazimatlar çatdırırlar. Ümumilikdə, Lerik rayonu üzrə 184 nəfər könüllü həssas kateqoriyadan olan 2 mindən yuxarı ailəyə dəstək göstərilməsində iştirak edib.

Rayonda keçirilən "Könüllü qonşu” aksiyası çərçivəsində tənha-ahıl, yaşı 65-dən yuxarı olan vətəndaşlara könüllülər tərəfindən əlaqə nömrələri paylanılıb, bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına, kommunal ödənişlərin və bank xidmətlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

Könüllülər, həmçinin əhali arasında koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar və tövsiyələrin əhaliyə çatdırılması məqsədilə təbliğat və təşviqat işini davam etdirir, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə xüsusi karantin rejiminin mayın 31-dək uzadılması nəzərə alınaraq, könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video