Alternative content

04:41 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan vətəndaşlarını COVID-19 haqda ən son məlumatlarla təmin edəcək WhatsApp botu istifadəyə verildi
Azərbaycan vətəndaşlarını COVID-19 haqda ən son məlumatlarla təmin edəcək WhatsApp botu istifadəyə verildi
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:32 02.06.2020


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı ərzində əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verib.

Bu barədə AZƏRTAC-a TƏBİB-dən bildirilib.

"TABIB bot” eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə bilir. Əlavə olaraq, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bugünə qədər bot, on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var.

"TABIB bot” ilə dialoqa başlamaq üçün "Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq, botdan məlumat əldə etmək çox asandır.

Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

Bot dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM