Öyrənmək hər uşağın haqqıdır
"Azercell” 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edir
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azercell Telekom” MMC tam fərqli bir layihə gerçəkləşdirir. Uşaqların inkişafına daim xüsusi diqqətlə yanaşan "Azercell” bu dəfə 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağın dil öyrənməsinə kömək edəcək "Busuu” tətbiqinə çıxışını təmin edir.
Bütün dünyada məşhur olan "Busuu” - xarici dil öyrənmə mobil tətbiqinin 90 milyondan çox istifadəçisi var. "Busuu” xarici dil öyrənmək üçün ən yaxşı 10 mobil tətbiqlərdən biridir. Tətbiq vasitəsilə eyni anda 12 dil öyrənmək, qrammatika, yazı, dinləmə və danışıq məşqlərini keçirmək mümkündür. Bu tətbiq beynəlxalq McGraw-Hill dil sertifikatını qazanmaq imkanı da verir.
"Öyrənmək hər bir uşağın haqqıdır” mesajını daşıyan kampaniya çərçivəsində "Azercell” fiziki məhdudiyyətli və sağlamlıq problemləri olan, həmçinin aztəminatlı ailələrin uşaqlarına, autizm sindromlu uşaqlara, eləcə də aprel şəhidlərinin və qazilərinin övladlarına "Busuu” - dil öyrənmə tətbiqi üçün 6 aylıq pulsuz kodlar hədiyyə edir. Şirkət tərəfindən təqdim olunan imkanlar bununla bitmir. Zəruri hallarda "Azercell” Mobil Müştəri xidmətinin əməkdaşları regionlara səfər edərək bu tətbiqə qoşulmaq üçün ailələrə dəstək olur və pulsuz nömrələr də paylayırlar.
Hər bir uşağın özünü inkişaf etdirməsi və xarici dil öyrənməsinə dəstək olacaq bu xeyriyyə kampaniyası ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edir. Ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azercell”in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti və Uşaq Paralimpiya Komitəsi, həmçinin "Birgə və sağlam”, "Zəfər” İctimai birlikləri tərəfindən təqdim olunub. Bu layihənin gerçəkləşməsinə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəstək verib.
"Azercell Telekom” MMC yarandığı ilk gündən uşaqların təhsili və uşaq hüquqlarının müdafiəsi sahəsində müxtəlif layihələr həyata keçirir. "Azercell”in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” xidməti artıq 10 ildir uşaqlara ilkin psixoloji, emosional yardımın, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi üzrə çalışır. Uşaq Paralimpiya Komitəsi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial həyata inteqrasiya imkanları yaradılır. "Azercell”in digər unikal layihəsi kimsəsiz və yardıma ehtiyacı olan, aztəminatlı ailələrin uşaqları üçün "Mobil Diş” və "Mobil Göz” klinikalarının yaradılmasıdır. Hər il səyyar klinikalar tərəfindən minlərlə uşağa pulsuz tibbi xidmət göstərilir, onların müayinəsi həyata keçirilir. Ölkənin aparıcı mobil operatoru uşaqları arzuolunmaz internet məzmunundan qorumaq üçün "Azercell Kids” adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Bundan əlavə, "Azercell” şirkəti paytaxt və regionlarda "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideyinlər üçün təlim proqramları təşkil edib.
"Azercell Telekom” MMC ildə yalnız bir gün deyil, daim uşaq hüquqları və uşaqların sağlam inkişafı məsələlərini cəmiyyətin diqqətində saxlamaq, uşaqların rifahının yüksəlməsinə dəstək olmaq məqsədilə müxtəlif layihələr həyata keçirir və buna davam edəcəkdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!