Alternative content

06:03 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19-a görə digər xəstələrin müalicəsi arxa plana keçib
Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19-a görə digər xəstələrin müalicəsi arxa plana keçib
ANA SƏHİFƏ / DÜNYA
22:36 01.06.2020
 
Koronavirus pandemiyası bütün dünyada əksər xəstəliklərin müalicəsini arxa plana keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 155 ölkə üzrə apardığı sorğunun nəticələrində əksini tapıb. ÜST-nin rəhbəri Tedros Qebreyesus sorğu nəticələrini şərh edərkən bildirib ki, ölkələr COVID-19 xəstəliyinə qarşı mübarizə ilə yanaşı, qeyri-yoluxucu xəstəliklərlə bağlı tibbi xidməti təmin etmək üçün innovativ həll yolları tapmalıdırlar.

Sorğu aparılan ölkələrin 31 faizi kəskin ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin tibbi təminatını ya məhdudlaşdırmalı, ya da tamamilə dayandırmalı olublar. Ölkələrin 42 faizində xərçəng xəstələri, 49 faizində diabet xəstələri və 50 faizindən artıq ölkələrdə isə hipertoniya (yüksək qan təzyiqi) xəstələri həmişəki səviyyədə tibbi dəstəyi ala bilməyiblər. Reabilitasiya proqramları 63 faiz ölkədə məhdudlaşdırılıb. Müxtəlif xəstəliklərin profilaktik müayinəsi və erkən mərhələdə aşkarlanması üçün proqramlar da pandemiya dövründə azalıb.

Əksər hallarda müayinə və müalicə proseduru tibbi heyətin COVID-19 xəstəliyinə qarşı mübarizəyə səfərbər edilməsi, pasiyentlərin sərbəst hərəkət məhdudiyyətləri ilə əlaqədar xəstəxanalara gedə bilmədikləri və ya risk qrupuna daxil olduqları üçün getmək istəmədikləri üçün təxirə salınmalı olub. ÜST-dən bildirilib ki, hər il dünyada qeyri-yoluxucu xəstəliklərlə əlaqədar 41 milyon insan vəfat edir. Bu isə bütün ölüm hallarının 71 faizi deməkdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM