Alternative content

06:31 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda komendant saatı tətbiq edildi
Vaşinqtonda komendant saatı tətbiq edildi
ANA SƏHİFƏ / DÜNYA
18:11 01.06.2020

ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları üzündən yerli vaxtla saat 23.00-dan 06:00-dək komendant saatı tətbiq edilmişdir. Bu barədə şəhərin meri Müriel Bouzer məlumat vermişdir. Onun əmri ilə yerli polisi Milli Qvardiyanın əsgərləri dəstəkləyəcəklər.

1000-dən çox nümayişçi irqçilik əleyhinə keçirilmiş aksiya zamanı Minneapolis şəhərində polisin öldürdüyü afroamerikalı Corc Floydun adını səsləndirərək paytaxtın mərkəzində yürüş etmişdir.

"The Washington Post” qəzetinin xəbərinə görə, bəzi etirazçılar havaya bibər qazı buraxmağa cəhd etmişlər. Bundan əlavə, aksiya iştirakçıları qaladıqları ocaqlara fişəng və ağac budaqları atmışlar. Polis gözyaşardıcı qazdan istifadə etmişdir. Mayın 29-30-da etirazlar iğtişaşlara çevrilmişdir. Bəzi nümayişçilər istehkamlar qurmuş, maşınlara od vurmuşlar.

Son məlumata görə, artıq ABŞ-ın azı 40 şəhərində komendant saatı tətbiq edilmişdir. 15 ştatın hökumətləri etiraz aksiyalarının yatırılmasına Milli Qvardiyanın beş minə yaxın əsgərini cəlb etmişdir.

Corc Floydun ölümü təkcə ABŞ-da deyil, dünyanın digər ölkələrində də hiddətlə qarşılanmışdır. Almaniya, Böyük Britaniya və Danimarkada dinc etiraz nümayişləri keçirilmişdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM