Alternative content

09:58 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:18 10.07.2020 Sənətkar ömrü
00:17 10.07.2020 Borcumuzdur bu ehtiram...
00:16 10.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik ikinci oxunuşda müzakirə edilib
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik ikinci oxunuşda müzakirə edilib
ANA SƏHİFƏ / PARLAMENT
16:31 01.06.2020

İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Milli Məclisin komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Nurlan Həsənov, Ceyhun Məmmədov, Erkin Qədirli, Azər Badamov, Elman Nəsirov, Anar İsgəndərov, Rauf Əliyev, İsa Həbibbəyli, Azay Quliyev, Razi Nurullayev, Sahib Alıyev, Aqil Abbas, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Azər Kərimli, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı ölkə gündəmində baş verən önəmli məsələlərdən söz açıblar. Çıxışlarda dövlət qurumlarında ictimai şuraların yaradılması, sosial mediada tanınmış şəxslərə qarşı aqressiv və cinayət hüququna zidd şəkildə aparılan müzakirələrin qarşısının alınması üçün belə şəbəkə operatorlarına müəyyən öhdəliklərin qoyulması, qəzalı evlərin bərpasına diqqətin artırılması, QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, bəzi rayon və kəndlərdə onlayn dərslərin daha da aktiv hal alması üçün internet ötürücülərinin gücləndirilməsi kimi təkliflər səsləndirilib.

Sonra gündəliyə daxil edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsinə başlanılıb. Sədr Sahibə Qafarova bildirib ki, bu məsələ Milli Məclisin mayın 31-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib.

Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti "Karantin rejimində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar” qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.

Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Fəzail Ağamalı deputat həmkarlarına pandemiya ilə əlaqədar ölkədə yaranmış vəziyyətə görə belə bir vacib sənədin hazırlanmasına dəstək verdiklərinə görə təşəkkür edib. O, sənədin birinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən verilən təkliflərin əhəmiyyətlilərinin layihədə işçi qrupu tərəfindən dəyərləndirildiyini vurğulayıb.

Sonra qanun layihəsi ətrafında müzakirələr aparılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Azər Badamov, Razi Nurullayev, Əli Məsimli, Cavid Osmanov, Musa Qasımlı, Naqif Həmzəyev hazırkı dövr üçün olduqca mühüm əhəmiyyətə malik olan sənədi dəstəklədilər, təkliflərini bildirdilər.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM