01 Iyun 2020 13:15
683
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi onlayn yay məktəbi təşkil edəcək


Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın Milano-Bicocca Universiteti ilə birgə sentyabrın 6-dan 16-dək onlayn formatda "Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yaşıl Enerji İdarəetməsi (GEM – Green Energy Management) yay məktəbi təşkil edəcək.

BANM-dən AZƏRTAC-a bildirilib ki, yay məktəbində iştirak etmək istəyən tələbələrin müraciətlərinin qəbuluna başlanılıb. Müraciət ərizələri iyunun 15-dək http:www.summerschoolbicocca.com/20-GEM.php ünvanına göndərilməlidir.

GEM yay məktəbində iştirak edən magistrlər ənənəvi və yaşıl enerjiyə dair ümumi məlumat əldə edəcək, onlayn dərslərdə əsas enerji prinsipləri, üzvi tullantıların təkrar emalı, bioyanacaq, hidroenerji istehsalı, külək və günəş enerjisi, kənd təsərrüfatında təkrar istehsal və iqlim dəyişikliyi üçün maliyyələşdirmə kimi mövzular üzrə müzakirələrdə iştirak edə biləcəklər.

Bütün dərslər/mühazirələr və qrup işləri distant təhsil platformaları vasitəsilə saat 11:00-dan 14:00-dək (Bakı vaxtı) keçiriləcək. İştirakçılar distant təhsil formatında keçiriləcək dərslərdə texniki biliklər əldə edə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirə biləcəklər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Milano-Bicocca Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə GEM yay məktəbini uğurla təşkil edib. GEM 2013-cü ildə fəaliyyətə başlayıb və həm ənənəvi, həm də bərpa olunan enerji idarəetmə və davamlı ətraf mühit sahəsində geniş təcrübəyə malik olan bir çox Avropa universitetlərinin alim və mütəxəssisləri tərəfindən idarə olunur. GEM təcrübə mübadiləsi, şəbəkə imkanları, yeni regional layihə ideyaları və təşəbbüslər yaratmaq üçün dünyanın hər yerindən (Şərqi və Qərbi Avropa, Afrika, Asiya və Cənubi Amerika) tələbələri bir araya toplayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video