Alternative content

19:58 12 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 12.07.2020 Dünya yenidən qapanır
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstriyanın cəmi iki federal əyalətində koronavirusa yoluxma halı qeydə alınıb
Avstriyanın cəmi iki federal əyalətində koronavirusa yoluxma halı qeydə alınıb
ANA SƏHİFƏ / DÜNYA
08:11 01.06.2020

Avstriyada koronavirusa yoluxma hallarının azalması fonunda növbəti müsbət hadisə baş verib. Mart ayından bəri ilk dəfə olaraq bir sutka ərzində ölkənin yeddi federal əyalətində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

AZƏRTACxəbər verir ki, yoluxma halları cəmi iki federal əyalətin payına düşüb. Yuxarı Avstriya federal əyalətində bir nəfər, Vyanada isə 45 nəfər COVID-19-a yoluxub.

Vyana şəhərində yoluxma hallarının yuxarı olması şəhər meriyası tərəfindən bir neçə səbəblə izah olunub. Ölkə əhalisinin dörddə birinin yaşadığı paytaxtda əhalinin sıxlığı digər regionlara nisbətdə yuxarıdır və məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının artacağını gözləməyə əsas verirdi. Digər tərəfdən Vyanada səhiyyə qurumları profilaktik tədbir kimi şəhərdəki böyük şirkət, müəssisə, dövlət qurumu və təhsil ocaqlarında testlər həyata keçirir. Buna görə də burada yoluxma hallarının sayı daha yüksəkdir.

Bununla belə, may ayı ərzində qeydə alınan yeni yoluxma hallarının (757) təxminən 63 faizi paytaxt Vyana şəhərinin payına düşüb və bu göstərici də hökumət qurumları ilə Vyana şəhər meriyası arasında gərginliyə səbəb olub.

Hazırda Avstriyada aktiv koronavirus daşıyıcılarının sayı 377 nəfərə düşüb. Onlarda 97 nəfəri xəstəxana şəraitində müalicə alır. İndiyədək ölkədə 16 min 641 nəfər koronavirusa yoluxub, 668 nəfər isə həyatını itirib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM