Alternative content

21:40 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Prokurorluq: Bərdədə polisin bıçaqlanması faktı ilə bağlı 3 maddə üzrə cinayət işi başlanıb
Baş Prokurorluq: Bərdədə polisin bıçaqlanması faktı ilə bağlı 3 maddə üzrə cinayət işi başlanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:06 30.05.2020

Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edərək ona kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM