30 May 2020 11:20
533
SİYASƏT
A- A+

“RIA Novosti” agentliyi Ermənistandakı biolaboratoriyaların Moskvada narahatlıq doğurduğunu yazır


"RIA Novosti” agentliyi ABŞ-ın Ermənistanda yaratdığı bioloji laboratoriyalar şəbəkəsinin rəsmi Moskvanın narahatlığına səbəb olduğunu yazır.

AZƏRTAC xəbər verir ki, Rusiya agentliyi ABŞ-ın Orta Asiyada və Cənubi Qafqazda yaratdığı bioloji laboratoriyaların bir sıra qonşu ölkələrin təhlükəsizliyi baxımından narahatlıq keçirdiyindən bəhs edib.

Məqalədə qeyd olunub ki, sovet dövründə Ermənistan Mikrobiologiya İnstitutu nüfuzlu mikrobiologiya mərkəzi hesab edilirdi. 1990-cı illərdə ABŞ və Böyük Britaniya institutun elmi tədqiqatları ilə yaxından maraqlanmağa, erməni mütəxəssislərini öz ölkələrinə dəvət etməyə başlayıblar. Artıq 2000-ci illərdə amerikalılar Pentaqonun vəsaiti hesabına Ermənistanda bir neçə biolaboratoriya açıblar. Birləşmiş Ştatlar Ermənistan Milli Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin modernləşdirilməsinə 10 milyon dollar sərf edir. Yerevan, Gümri, Vanadzor, Martuni və İcevanda tikilmiş elmi mərkəzlər Qafqaz regionu üçün səciyyəvi virus və ştammları öyrənir. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, ancaq ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması Agentliyinin də bu laboratoriyalara girişi var, əməkdaşlar isə həm ermənilər, həm amerikalılardan ibarətdir.

"RIA Novosti” yazır ki, Ermənistan biolaboratoriyalarının qapalı olması Moskvada bir sıra suallar doğurur. Ötən il Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mütəxəssisləri ilə əməkdaşlıq haqqında memorandum imzalamağa razılıq vermiş, lakin ən son anda sənədi imzalamaqdan imtina etmişdi.

Məsələni şərh edən ekspertlərin rəyinə görə, postsovet dövlətləri xaricdən köməyə ümid bəsləyib epidemioloji vəziyyətə nəzarəti gözdən qaçıra bilərlər. Bu isə xüsusilə pandemiya dövründə ağır nəticələr verə bilər. Laboratoriyaların fəaliyyəti qorxu doğurmağa başlayır. Bu da onların işinin daha şəffaf olmasını tələb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video