30 May 2020 10:18
631
SİYASƏT
A- A+

Andrey Rudenko: Rusiya və Azərbaycan xalqlarını uzunömürlü dostluq telləri bağlayır


Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyində Bakı və Moskva arasında münasibətlərin perspektivlərinə həsr edilən "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

O qeyd edib ki, Rusiya və Azərbaycan xalqlarını uzunömürlü dostluq telləri bağlayır. "Bizi ortaq keçmiş birləşdirir, bizim ümumi gələcəyimiz və əməkdaşlığın sonrakı inkişafı üçün əlverişli şərait mövcuddur. İki prezident arasında sıx dialoq, icra və qanunvericilik orqanları arasında qarşılıqlı əlaqələr məhz belə möhkəm bünövrə üzərində qurulub”.

İki ölkə arasında münasibətlərin inkişaf səviyyəsindən danışan nazir müavini hər bir sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq deyib: "Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 27 faizdən çox artaraq 3,2 milyard dollar təşkil edib. Əlbəttə, pandemiya bu ilin statistikasına öz təsirini göstərəcək, lakin mühüm olan budur ki, bizim ölkələrimizin sahəvi qurumları problemin yenidən ciddi şəkildə baş qaldırmaması üçün birgə işə istiqamətləniblər”.

A.Rudenko qeyd edib ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası 2020-ci ilin dördüncü rübündə Moskvada keçiriləcək. Komissiyanın həmsədrlərinin – Baş Nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin bu yaxınlardakı görüşü isə videokonfrans formatında iyun ayına planlaşdırılıb.

Regionlararası əməkdaşlıq haqqında danışan A.Rudenko xatırladıb ki, Rusiya Federasiyasının 17 subyekti Azərbaycanla əməkdaşlıq barədə razılaşmaya malikdir, RF-nin 71 regionu respublikamıza məhsulların tədarükünü həyata keçirirlər. O deyib: "Bu ilin ikinci yarısında Azərbaycanda keçiriləcək regionlararası forumun 11-ci iclasında qarşılıqlı əlaqələrin perspektivləri üzrə ətraflı danışıqlara hazırlaşırıq”.

Rusiya Xarici İşlər nazirinin müavini, həmçinin vurğulayıb ki, Rusiya və Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq edir: "Azərbaycan tərəfinin xahişi ilə Rusiya Azərbaycana 12 min test sistemi göndərib. Bundan başqa, vətəndaşlarımızın öz ölkələrinə qaytarılması üzrə tədbirlər görülüb”.

Diplomat vurğulayıb ki, humanitar sahədə qarşılıqlı əlaqələr münasibətlərdə prioritet təşkil edir: "Hazırda Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır. Onlardan 1000 nəfərdən çoxu federal büdcənin hesabına oxuyur. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda açılışı plandadır. Biz Azərbaycanda rus dilinə və mədəniyyətinə qayğıkeş yanaşmanı yüksək dəyərləndiririk. 2019-cu ildə Azərbaycanda Rusiya mədəniyyət günləri keçirilib. 2020-ci ildə Rusiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Bu ilin noyabrına planlaşdırılan 9-cu Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla mötəbər Azərbaycan nümayəndə heyətini gözləyirik”.

A.Rudenko Bakı Beynəlxalq Humanitar Forumunun uğurla keçirilməsindən, Xəzər "beşliyi” çərçivəsində, beynəlxalq meydançalarda əməkdaşlıqdan söhbət açıb. Diplomat Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına dövlət qayğısını xüsusi xatırladıb. "Rusiyada öz cənub qonşularını firavan və geniş əməkdaşlıq üçün açıq olan bir ölkə kimi görmək istəyirlər”, - deyə diplomat söhbətinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video