30 May 2020 09:56
690
DÜNYA
A- A+

Fransa Milli Assambleyasında martda ölən deputat may səsverməsində iştirak edib


Fransan Milli Assambleyasında qanun layihəsinə səsvermədə artıq bir neçə aydır rəhmətə getmiş deputatın da səs verdiyi məlum olub.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında internetdə nifrət nitqinə görə cəzasız qalmağa son qoymaq məqsədilə Avia qanun layihəsinə baxılıb. Qanun layihəsi 286 səslə qəbul olunub.

Mayın 13-də keçirilən səsvermə zamanı martın 29-da 49 yaşında vəfat etmiş deputat Jan-Fransua Sezarinin də səs verdiyi aşkar olunub. Milli Assambleyadan siyahını yeniləməyi unutduqları bildirilib. Ancaq Assambleyanın özünümüdafiəsi inandırıcı olmayıb. Bundan əvvəl də vəfat etmiş deputatın əvəzedicisinin adından iki dəfə istifadə edildiyi yazılır.

Qeyd edək ki, "İrəli Respublika” (LREM) partiyasının üzvü Laetitia Avia tərəfindən təqdim olunan qanun layihəsinə görə "irqi, dini, cinsi, cinsi oriyentasiya və ya əlilliyə görə nifrətə təhrik edən və ya ayrı-seçkilik təhqiri olan bütün mətnlər” sosial şəbəkələr və internet platformalar tərəfindən silinməlidir.

Qanun layihəsi Milli Assambleyada son oxunuşdan sonra internetdəki nifrət nitqinə görə cəzasız qalmağı hədəfləyən Avia qanunu Konstitusiya Şurasının son qərarını gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video