29 May 2020 20:00
571
SİYASƏT
A- A+

HABER TÜRK: Ermənistanın Qarabağdakı oyunlarının cəzası ağır olacaq


HABER TÜRK saytı 28 May - Respublika Günü münasibətilə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, tanınmış jurnalist, professor Kürşad Zorlu tərəfindən hazırlanan müsahibənin girişində ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!” ifadəsi xatırlanır və türkdilli oxuculara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dünya birliyi tərəfindən tanınması, Qafqaz İslam ordusunun tarixi missiyası, həmçinin 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası prosesi, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olması və digər mühüm məsələlərlə bağlı məlumat verilir.

Müsahibədə COVID-19 infeksiyasına qarşı Azərbaycanda aparılan sistemli mübarizə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında Türkiyədə çalışan azərbaycanlı həkim-mütəxəssislərin infeksiya ilə bağlı ölkəmizə getməsi, Azərbaycan-Türkiyə münasibətləri, türk dünyasının həmrəyliyinin əhəmiyyəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatların inkişafa təsiri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı mühüm məqamlara toxunulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video