29 May 2020 19:58
488
SİYASƏT
A- A+

Vladimir Zelenski Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib. AZƏRTAC xəbər verir ki, sonra Ukrayna Prezidenti Vladimir Zelenski səfirlə söhbət edib. Səfir Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ukraynanın dövlət başçısına çatdırıb. O, Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımlarının artırılmasının vacibliyinə toxunan səfir bildirib ki, ölkəmizdə xarici sərmayəçilər üçün münbit şərait mövcuddur.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün xüsusi nəzarət mexanizminin işlənib hazırlanması olduqca vacibdir. Eyni zamanda, ukraynalı tələbələrin Azərbaycanın tanınmış ali məktəblərində təhsil alması üçün birgə səylər artırılmalıdır.

Sonra səfir müəllifi olduğu "Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabının rus dilinə tərcümə olunmuş variantını Ukrayna Prezidentinə hədiyyə edib. Bildirib ki, kitabda Azərbaycan xalqının Ümummilli Liderinin daha dolğun və obyektiv bioqrafiyası yer alıb və bir neçə dildə çap olunub.

2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Ukrayna Prezidenti Vladimir Zelenski ilk öncə Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını vurğulayan Vladimir Zelenski ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldığını deyib və əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Ukraynanın beynəlxalq arenada əməkdaşlığını yüksək qiymətləndirib və GUAM çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin önəmli olduğunu söyləyib.

Görüşdən sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçəklər düzüb. Daha sonra İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək ehtiramını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video