Alternative content

10:00 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:18 10.07.2020 Sənətkar ömrü
00:17 10.07.2020 Borcumuzdur bu ehtiram...
00:16 10.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstraliya parlamentinin üzvləri Respublika Günü münasibətilə Azərbaycan səfirliyinə təbriklərini çatdırıblar
Avstraliya parlamentinin üzvləri Respublika Günü münasibətilə Azərbaycan səfirliyinə təbriklərini çatdırıblar
ANA SƏHİFƏ / SİYASƏT
16:54 29.05.2020

Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə Avstraliya İttifaqının Federal Parlamentinin bütün üzvlərinə ətraflı yazılı məlumat göndərilib. Avstraliyalı millət vəkillərinə müsəlman Şərqinin ilk demokratik respublikası barədə məlumat verilib, həmçinin onlara ikitərəfli əlaqələrdə son irəliləyişlərlə bağlı ətraflı informasiya çatdırılıb.

AZƏRTAC-a bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov məlumat verib. Diplomatımız qeyd edib ki, avstraliyalı parlamentarilərin bir qismi bunun cavabında səfirliklə əlaqə saxlayaraq Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Avstraliyada baş vermiş irimiqyaslı meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına köməklik məqsədilə göstərilmiş humanitar yardıma görə də minnətdarlıqlarını ifadə ediblər.

Avstraliyalı millət vəkilləri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis edilməsini müsbət qarşılayaraq, bu ölkələr arasında parlamentləarası dostluq əlaqələrinin davam etdirilməsinin bütün tərəflər üçün faydalı olacağına ümidvar olduqlarını bildiriblər.

Bununla yanaşı, Avstraliya İttifaqının Azərbaycandakı səfiri Mark İnnes-Braun sosial şəbəkə hesabı üzərindən Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərini bölüşərək, Azərbaycanı ölkəsinin dəyərli dostu və müttəfiqi adlandırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM